Elanlar
Naxçıvan Dövlət Universitetində Doktorantların və Gənc Tədqiqatçıların III Respublika elmi konfransı keçiriləcəkdir.
Fev 27, 2026 | 10:02
Oxunub 19 dəfə

Hörmətli gənc tədqiqatçı!

Sizi 14–15 aprel 2026-cı il tarixlərində Naxçıvan Dövlət Universitetində keçiriləcək “Elmi inkişaf: uğurlar və çağırışlar” Doktorant və Gənc Tədqiqatçıların III Respublika Elmi Konfransında iştirak etməyə dəvət edirik.

Konfrans üz-üzə (ənənəvi) və onlayn formatda təşkil olunacaqdır. Tədbirin əsas məqsədi elmi fikir mübadiləsinin aparılması, müasir tədqiqat nəticələrinin müzakirəsi və gənc tədqiqatçılar arasında yeni elmi əməkdaşlıqların formalaşdırılmasına şərait yaratmaqdır.

Konfrans çərçivəsində etik prinsiplərə uyğun və orijinal elmi tədqiqatlara üstünlük veriləcəkdir. Təqdim olunan xülasə və tam məqalələr müvafiq yoxlamalardan keçiriləcək, rəyçilərin müsbət rəyindən sonra konfrans materialları şəklində nəşr olunacaqdır. İştirakçılara iştirak vərəqəsi (sertifikat) təqdim ediləcəkdir.

Qeyd: Konfransda magistrantların iştirakı nəzərdə tutulmamışdır.

Konfransla bağlı ətraflı məlumatı konfrans.ndu.edu.az internet saytından əldə edə bilərsiniz.

Konfransa materiallar 24 marta kimi göndərmək olar.
Xülasə və məqalə göndərmək üçün qeydiyyat linki:

https://konfrans.ndu.edu.az/conferences/elmi-inkisaf-ugurlar-cagrslar-doktorant-ve-genc-tedqiqatclarn-iii-respublika-elmi-konfrans/qeydiyyat 

Əlaqə

Tel: (+994) 51 325 11 11 – Çapay Quliyev (məsul şəxs)
Tel: (+994) 60 205 11 00 – Zamin Babazadə

Hörmətlə, Təşkilat Komitəsi

 
JURNALLAR
Faydalı linklər