Mart 05, 2026 | 14:24
Hörmətli magistrantlar!
07–08 may 2026-cı il tarixlərində keçiriləcək “Magistrantların XV Regional konfransı”nda iştirakınızı məmnuniyyətlə dəvət edirik. Konfrans həm ənənəvi (üz-üzə), həm də onlayn formatda təşkil olunacaqdır.
Düşüncələrin birləşdirilməsi, elmi yeniliklərin müzakirəsi və yeni əməkdaşlıq layihələrinə zəmin yaradılması məqsədilə Siz dəyərli magistrantları Naxçıvana dəvət edirik. Etik prinsiplərə və orijinal tədqiqatlara əsaslanan konfransımızda təqdim edilən məqalə və xülasələr diqqətlə yoxlanılacaq və qəbul olunmuş materiallar konfransın rəsmi materiallar toplusunda (proceedings) nəşr ediləcəkdir.
Konfransımızda dəyərli elmi tədqiqatlarınızla iştirakınızı səbirsizliklə gözləyirik.
Məlumat üçün bildiririk ki, “Magistrantların XV Regional konfransı”nda iştirak ödənişlidir. İştirak haqqının məbləği, ödəniş qaydaları və son tarixlər barədə ətraflı məlumat konfransın rəsmi internet səhifəsində yerləşdirilmişdir.
Konfransla bağlı ətraflı məlumatı aşağıdakı internet səhifəsindən əldə edə bilərsiniz:
https://konfrans.ndu.edu.az
Xülasə və məqalələrin göndərilməsi üçün:
https://konfrans.ndu.edu.az/conferences/magistrantlarin-xiv-regional-konfransi/qeydiyyat
Əlaqə:
Tel: (036) 544 08 61 (3300)
Mobil: (+994) 51 325 11 11
(Çapay Quliyev – məsul şəxs)
Hörmətlə,
Təşkilat komitəsi









