Apr 15, 2026 | 09:37
Azərbaycan Respublikasında “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş “Azərbaycan Respublikasının müasir ekosistemi: elmi-nəzəri tədqiqatlar və problemlər” mövzusunda Respublika elmi konfransı 2026-cı ilin 2-3 iyun tarixlərində keçiriləcəkdir.
Konfransın bölmələri:
1. Azərbaycanın müasir ekosisteminin yaxşılaşdırılmasının həlli yolları
2. Ətraf mühitin mühafizəsi, bərpası və dayanıqlı idarə edilməsinin elmi-nəzəri əsasları
3. Ətraf mühitin mühafizəsində ekokimyəvi tədqiqatlar
4. Qlobal iqlim dəyişikliyinin Azərbaycanın biomüxtəlifliyinə, torpaq və su ehtiyyatlarına təsiri
5. Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının müasir ekosistemi
6. Yaşıl iqtisadiyyat və davamlı inkişaf
7. Bərpa olunan və yaşıl enerji
8. Ağıllı kəndlər, Ağıllı şəhərlər və ətraf mühit
9. Müasir şəhərsalma: Yaşayış məntəqələrinin planlaşdırılması və ətraf mühit
10. Torpaqların münbitliyinin müasir problemləri
11. Torpaqların kadastrı, monitorinqi və səmərəli istifadəsi
Konfrans materiallarının hazırlanmasına qoyulan tələblər.
▪ Mətn Times New Roman, 12 şrift (pt) və 1 intervalla A5 (2 səhifədən çox olmamaqla) formatda olmalı;
▪ Boş yerlər: hər tərəfdən 1,5 sm məsafə saxlanılmalı;
▪ Şəkillərin adları aşağı mərkəzdə, cədvəllərin adları isə yuxarı sağ kənarda qeyd olunmalı;
▪ Ədəbiyyat siyahısı və xülasə olmamalı;
▪ Müəlliflərin adı və soyadı açıq şəkildə qeyd olunmaqla, məruzəçinin adının altından xətt çəkilməli, e-mail ünvanı və mobil nömrəsi göstərilməli;
▪ Tezisin aid olduğu bölmənin adı qeyd olunmalı.
Konfransın istiqamətinə, tərtibat qaydalarına uyğun olmayan və antiplagiat yoxlamasından keçməyən tezislər qəbul edilməyəcəkdir.

Tələbata uyğun hazırlanmış tezislər 15 may 2026-cı il tarixinə kimi [email protected] ünvanına göndərilməlidir. Əlaqə telefonu: (012) 538-62-26









