Apr 15, 2026 | 09:58
21-22 MAY 2026-cı il tarixində Bakı Dövlət Universitetinin Kimya fakültəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş doktorant, magistr və gənc tədqiqatçıların “Kimya və kimya texnologiyası” V Respublika elmi konfransı keçiriləcək.
Konfransın proqramında göstərilən bölmələr üzrə materialların qəbulu və dinlənilməsi nəzərdə tutulur:
1. Alternativ enerji və neft-kimyəvi sintez
2. Üzvi sintez və koordinasiya kimyası
3. Kataliz və materialşunaslıq
4. Kimyanın tədrisində müasir yanaşmalar
Təqdim ediləcək materiallar aşağıdakı tələblərə uyğun qəbul olunur:
- Materialın həcmi 1-2 səhifə B5 formatında 1 intervalla, (yuxarı, aşağı, sagdan, soldan 2 sm olmaqla) azərbaycan, rus və ya ingilis dilində Cambria-11 şrifti ilə tərtib olunmalıdır. Abzas 0,75. İstifadə olunmuş ədəbiyyat qeyd edilmir. - Konfransın rəsmi dili Azərbaycan dilidir. Materialların tərtib olunma nümunəsi aşağıdakı kimidir:
Konfransın rəsmi dili Azərbaycan dilidir.
Materialların tərtib olunma nümunəsi aşağıdakı kimidir:

Konfransın materialları [email protected] elektron ünvanına 07 may 2026-cı il tarixinə qədər təqdim olunmalıdır.
Əvvəlcə nəşr olunmuş, elmi yeniliyi olmayan, standartlara cavab verməyən materiallar təşkilat komitəsi tərəfindən geri qaytarılacaq! Əlaqə telefonları: (+994)12-539-09-53, (+994)50-501-42-79
Məsul katib: Aytən Əsgərova









