" Beynəlxalq Dillər Klubu" fəaliyyətə başlayır
İyn 18, 2026 | 03:48
İyn 18, 2026 | 03:48
Oxunub
14 dəfə
Hörmətli institut əməkdaşları və gənc tədqiqatçılar!
Beynəlxalq Əməkdaşlıq Sektorunun təşəbbüsü ilə institutumuzda xarici dil bacarıqlarının təkmilləşdirilməsi və qlobal elmi mühitə inteqrasiyanın sürətləndirilməsi məqsədilə
" Beynəlxalq Dillər Klubu" fəaliyyətə başlayır.
Klubun əsas hədəfi əməkdaşlarımızın xarici dillərdə sərbəst ünsiyyətini dəstəkləmək, beynəlxalq layihələrdə və elmi platformalarda təmsilçilik qabiliyyətini artırmaqdır.
Sizi klubun fəaliyyət istiqamətlərinin müzakirə olunacağı ilkin təşkilati görüşə dəvət edirik. Hər birinizi aramızda görməkdən məmnun olarıq!
Tədbirin təfərrüatları:
- Tarix: 22 iyun 2026-cı il (Bazar Ertəsi günü)
- Saat: 11:00
- Məkan: İnstitutun Akt Zalı
Hər yeni dil – yeni bir dünyadır!
AR ETN "Kimya İnstitutu" PHŞ
Beynəlxalq Əməkdaşlıq Sektoru









