Elanlar
Kimya İnstitutunda Elmi Seminarın yığıncağı keçiriləcəkdir
İyn 22, 2026 | 14:04
Oxunub 14 dəfə

25.06.2026-cı il tarixində saat 11:00-da AR ETN “Kimya İnstitutu” PHŞ-da fəaliyyət göstərən FD 1.15 Dissertasiya Şurasının nəzdində yaradılmış Elmi Seminarın yığıncağı keçiriləcək.

 

Gündəlik məsələ

AR ETN “Kimya İnstitutu” PHŞ-nın 12 saylı “Nanostrukturlaşdırılmış metal-polimer katalizatorları” laboratoriyasının sabiq doktorantı, İsazadə Aygün Fəxrəddin qızının 2316.01–“Kimyəvi kinetika və kataliz” ixtisasında kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “POLİMERLƏRƏ İMMOBİLİZƏ OLUNMUŞ NANOÖLÇÜLÜ MANQAN KATALİZATORLARININ İŞTİRAKI İLƏ n-C6-C8 ALKANLARIN OKSİDLƏŞMƏSİ” mövzusunda dissertasiya işinin müzakirəsi.

 

Elmi rəhbər: k.ü.e.d., baş e.i. Nizami Zeynalov

Elmi məsləhətçi: akademik Dilqəm Tağıyev

Elmi Seminarin sedri: k.ü.e.d., professor Arif Əfəndi

Katib: k.ü.f.d. Günel Əzimova

 

Rəyçilər:

k.e.d., dos. Aygün Zabit qızı Əliyeva

k.ü.f.d., b.e.i.,  Vüsal Musa oğlu Əhmədov

JURNALLAR
Faydalı linklər