İyl 01, 2026 | 16:46
Kimya İnstitutunun Strateji inkişaf, qiymətləndirmə və monitorinq sektorunun təşkilatçılığı ilə Bakı Dövlət Universiteti və Kimya İnstitutunun əməkdaşlığı çərçivəsində "Akademik tədqiqatlarda elmi resurslardan istifadə və dayanıqlı inkişaf məqsədlərinə uyğun elmi məqalələrin yazılması" mövzusunda təlim keçiriləcək.
Təlimçi:
Asiman İlyasov – Bakı Dövlət Universitetinin keyfiyyət təminatı üzrə rektor müşaviri, iqtisad elmləri üzrə fəlsəfə doktoru.
Tarix: 03 iyul 2026
Saat: 11:00
Məkan: Kimya İnstitutunun Akt zalı (III mərtəbə)
Ünvan: Bakı şəhəri, H. Cavid prospekti 113
Təlim elmi işçilərin, doktorantların, dissertantların magistrantların, gənc tədqiqatçıların, eləcə də elmi fəaliyyətlə məşğul olan bütün əməkdaşların peşəkar bilik və bacarıqlarının inkişafına dəstək məqsədi daşıyır.
Sizi təlimdə görməkdən məmnun olarıq!









