İyl 09, 2026 | 15:16
Elm və Təhsil Nazirliyinin Kimya İnstitutunun Beynəlxalq əməkdaşlıq sektoru sizi “Kimya və kemoinformatikada süni intellektin tətbiqi” mövzusunda elmi seminara dəvət edir.
Müasir dövrdə süni intellektin kimya, farmakologiya və materialşünaslıq sahələrində yeni imkanlar yaradır. Seminar çərçivəsində ənənəvi kimya yanaşmaları ilə rəqəmsal texnologiyaların inteqrasiyası, o cümlədən dərman dizaynı, yeni materialların kəşfi və böyük həcmli kimyəvi verilənlərin analizi
kimi istiqamətlərdə süni intellektin tətbiqi müzakirə olunacaq.
Məruzəçilər
• Yusif İbrahimov – kompüter elmləri üzrə fəlsəfə doktoru, ADNSU-nun nəzdində Süni İntellekt İnstitutunun layihərəhbəri (UFAZ və York Universitetinin məzunu).
• Fərəh Əsgərxanova – kimya elmləri üzrə fəlsəfə doktoru, ADNSU-nun Elm Departamentinin nəzdində Kemoinformatika və Hesablama Kimyası Tədqiqat Qrupunun rəhbəri (UFAZ və Strasburq Universitetinin məzunu).
• Nigar İsmayılova – sistemli analiz, informasiyanın emalı və idarə etmə ixtisası üzrə fəlsəfə doktoru, dosent, ADNSU-nun "Ümumi və tətbiqi riyaziyyat" kafedrasının dosenti.
• Tarix: 10 iyul
• Saat: 11:00
• Ünvan: ETN Kimya İnstitutu, Bakı şəhəri, H.Cavid prospekti, 113.
Gələcəyin elmini bizimlə kəşf edin! İştirakınız bizim üçün dəyərlidir.










