İyl 24, 2026 | 11:36
Elm və Təhsil Nazirliyinin Kimya İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə “Yüksək qələvili alkilfenolyat aşqarlarının rasional sintezi və optimallaşdırılması: elmi yanaşma və əldə edilmiş nəticələr” mövzusunda elmi seminar təşkil olunacaq.
Seminarda institutun “Çoxfunksiyalı və triboloji xassəli üzvi birləşmələr” laboratoriyasının doktorantı, həmçinin Kimya Mühəndisləri İnstitutunun (IChemE) nümayəndəsi Rahib Qasımov məruzə ilə çıxış edəcək.
Tədbir çərçivəsində yüksək qələvili alkilfenolyat aşqarlarının rasional sintezinə dair müasir elmi yanaşmalar, proseslərin optimallaşdırılması metodları, eləcə də aparılmış tədqiqatlar nəticəsində əldə olunmuş elmi nailiyyətlər təqdim ediləcək.
Seminara institutun əməkdaşları, gənc tədqiqatçılar, doktorantlar və mövzu ilə maraqlanan bütün mütəxəssislər dəvət olunurlar.
Tədbir iyulun 27-si saat 11:00-da Kimya İnstitutunda (Bakı şəhəri, Böyükşor şosesi, 2062-ci məhəllə) keçiriləcək.









