Elanlar
Daşkənddə kimya üzrə Beynəlxalq elmi-praktik konfrans keçiriləcək
Avg 21, 2026 | 11:49
Oxunub 22 dəfə

22-23 oktyabr tarixlərində Mirzo Ulug‘bek adına Özbəkistan Milli Universitetində “Kompleks birləşmələr kimyası, nadir və səpələnmiş metalların kimyası, analitikası və texnologiyaları: aktual problemlər və perspektivlər” mövzusunda Beynəlxalq elmi-praktik konfrans keçiriləcək.
Konfrans Özbəkistan Respublikası Ali Təhsil, Elm və İnnovasiyalar Nazirliyinin 16 yanvar 2026-cı il tarixli 11 nömrəli əmrinə əsasən təşkil olunur. Tədbirdə kompleks birləşmələrin kimyası, nadir və səpələnmiş metallar, onların analizi və texnologiyaları, ekoloji kimya, yaşıl texnologiyalar və resursqoruyucu yanaşmalar üzrə aktual elmi tədqiqatların nəticələri müzakirə ediləcək.
Konfransın əsas məqsədləri alimlər arasında elmi təcrübə mübadiləsini genişləndirmək, perspektivli tədqiqat istiqamətlərini təşviq etmək, gənc alimləri elmə cəlb etmək və elm-innovasiya inteqrasiyasını gücləndirməkdir.
Konfransın əsas istiqamətləri:
- kompleks birləşmələrin quruluşu, xassələri və reaktivliyi;
- kompleks birləşmələrin fiziki-kimyəvi analiz və xarakterizasiya üsulları;
- tətbiqi texnologiyalar və materiallarda metal kompleksləri;
- nadir və səpələnmiş metal birləşmələrinin kimyası və analizi;
- nadir və səpələnmiş metalların tətbiqi, yaşıl texnologiyalar və resursların səmərəli istifadəsi;
- ekoloji kimya və ətraf mühitin mühafizəsi.
Konfransın təşkilatçıları arasında Özbəkistan və xarici ölkələrin aparıcı elmi və ali təhsil müəssisələri, o cümlədən Bakı Dövlət Universiteti və Türkiyənin Qafqaz Universiteti də yer alır.
Konfransın işçi dilləri özbək, ingilis və rus dilləridir. Konfrans materiallarında dərc olunması üçün tezislərin qəbulu 30 sentyabradək davam edəcək.
Tezislər 1-3 səhifə həcmində, A4 formatı, bütün kənarlardan 2,5 sm məsafə, Times New Roman şrifti, 14 pt ölçü və 1,15 sətirarası interval. Tezis mətnində müəllif məlumatları, təşkilatın adı, cədvəl və şəkillər, həmçinin istifadə olunmuş ədəbiyyat göstərilməlidir. Müəyyən edilmiş tələblərə uyğun hazırlanaraq chem.conf.nuu2026@gmail.com elektron poçt ünvanına göndərilməlidir. Faylın adında ilk müəllifin soyadı qeyd olunmalıdır.
Konfrans Daşkənd şəhəri, UMirzo Ulug‘bek adına Özbəkistan Milli Universitetində keçiriləcək.

JURNALLAR
Faydalı linklər