Elanlar
Kimya İnstitutunda qeyri-üzvi kimya ixtisası üzrə dissertasiya müdafiəsi keçiriləcək
Avg 26, 2026 | 11:39
Oxunub 58 dəfə

Sentyabrın 25-də Elm və Təhsil Nazirliyinin Kimya İnstitutunun nəzdində fəaliyyət göstərən FD 1.15 Dissertasiya şurasının iclası keçiriləcək.
İclas zamanı kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün iddiaçı Arzu Osmanovanın “Alunit filizindən vanadium 5-oksidin çıxarılması prosesinin kimyəvi aspektləri” mövzusunda dissertasiya işinin müdafiəsi baş tutacaq.
İclas saat 09:30-da başlayacaq, dissertasiya işinin müdafiəsi isə saat 11:00-da keçiriləcək. Müdafiə 2303.01 - “Qeyri-üzvi kimya” ixtisası üzrə təşkil olunacaq. Dissertasiya işinin elmi rəhbəri kimya elmləri doktoru, professor Arif Heydərovdur.
Dissertasiya işinin rəsmi opponentləri Kimya İnstitutunun laboratoriya müdiri, kimya elmləri doktoru professor İxtiyar Bəxtiyarlı, Azərbaycan Texniki Universitetinin dosenti, kimya üzrə fəlsəfə doktoru Əli İbrahimov və Azərbaycan Memarlıq və İnşaat Universitetinin dosenti, kimya üzrə fəlsəfə doktoru Səidə Abbasovadır.
İclası distant formada zoom vasitəsilə izləmək mümkündür.

Meeting ID: 652 599 2400, Passcode: vTcY3K məlumatlarından istifadə edilməlidir. 

JURNALLAR
Faydalı linklər