RUDN Universiteti kimya sahəsində 2026-cı il Kimya Premiyasına layihə qəbulunu elan edir
Avg 28, 2026 | 13:12
Avg 28, 2026 | 13:12
Oxunub
11 dəfə
Rusiyanın RUDN Universiteti kimya sahəsində elmi tədqiqatların dəstəklənməsi məqsədilə 2026-cı il Kimya Premiyası çərçivəsində layihə qəbulunu elan edib.
Premiyanın qalibinə 3 milyon Rusiya rublu (təxminən 60 min AZN) məbləğində mükafat təqdim olunacaq.
Layihələrin qəbulu 16 sentyabr tarixinədək davam edəcək. Müsabiqədə iştirak etmək istəyən tədqiqatçılar layihələrini kireeva-lm@rudn.ru elektron poçt ünvanına göndərə bilərlər.
Müsabiqə ilə bağlı ətraflı məlumat əldə etmək üçün institutun Beynəlxalq Əməkdaşlıq Sektorundan Araz Dövlətov (araz.dovlatov.93@mail.ru), həmçinin Layihələr və Qrantlar Sektorundan İranə Cabbarova (irana.cabbarova89@mail.ru) ilə əlaqə saxlaya bilərsiniz.









