Elanlar
Qazaxıstanda akademik A.B. Bekturovun 125 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək
Sen 02, 2026 | 09:19
Oxunub 22 dəfə

Qazaxıstanın Almatı şəhərində akademik A.B. Bekturovun 125 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçiriləcək.
Sentyabrın 24–25-də baş tutacaq konfrans Satbayev Universiteti və A.B. Bekturov adına Kimya Elmləri İnstitutu tərəfindən təşkil olunur.
Beynəlxalq elmi konfransın alimlər, tədqiqatçılar və müxtəlif elm sahələrinin nümayəndələri üçün elmi fikir və təcrübə mübadiləsi baxımından mühüm platforma olması nəzərdə tutulur.
Konfransda iştirak etmək istəyən alim və tədqiqatçıların tezisləri sentyabr 3-dək qəbul edilir.
Tədbirlə bağlı ətraflı məlumat əldə etmək və suallarla bağlı müraciət etmək üçün Elm və Təhsil Nazirliyi Kimya İnstitutunun Beynəlxalq Əməkdaşlıq Sektoruna müraciət etmək mümkündür.
Konfransın proqramı, iştirak şərtləri və tezislərin təqdim edilməsi ilə bağlı ətraflı məlumatla buradan tanış ola bilərsiniz.

JURNALLAR
Faydalı linklər