Sen 02, 2026 | 14:38
Oktyabrın 2-də Elm və Təhsil Nazirliyinin Kimya İnstitutunun nəzdində fəaliyyət göstərən FD 1.15 Dissertasiya Şurasının iclası keçiriləcək.
İclas zamanı kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün iddiaçı Səadət Hümbətovanın “Polimer matrisaları əsasında metal nanokompozitlərin alınması və tədqiqi” mövzusunda dissertasiya işinin müdafiəsi baş tutacaq.
İclas saat 10:15-də başlayacaq, dissertasiya işinin müdafiəsi isə saat 11:00-da keçiriləcək. Müdafiə 2304.01 – “Makromolekullar kimyası” ixtisası üzrə təşkil olunacaq. Dissertasiya işinin elmi rəhbəri kimya elmləri doktoru, professor Nizami Zeynalovdur.
Dissertasiya işinin rəsmi opponentləri AMEA Rəyasət Heyətində AMEA-nın müşaviri, akademik, kimya elmləri doktoru, professor Adil Qəribov, Bakı Dövlət Universitetinin kafedra müdiri, kimya elmləri doktoru, professor Rasim Alosmanov və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin kimya üzrə fəlsəfə doktoru Rəsmiyyə Məmmədovadır.
İclası distant formada zoom platforması vasitəsilə izləmək mümkündür.
İclasa qoşulmaq üçün keçiddən istifadə edərək Meeting ID: 652 599 2400, Passcode: vTcY3K məlumatlarını daxil etmək lazımdır.









