Elanlar
Kimya İnstitutunda doktoranturaya qəbul imtahanları keçiriləcək
Sen 08, 2026 | 11:20
Oxunub 11 dəfə

Elm və Təhsil Nazirliyinin Kimya İnstitutunda ixtisaslar üzrə doktoranturaya qəbul imtahanları keçiriləcək.
İmtahanlar Kimya İnstitutunun direktor səlahiyyətlərini icra edən professor Əfsun Sucayevin 2026-cı il 7 sentyabr tarixli 774 nömrəli əmri ilə yaradılmış imtahan komissiyasının iştirakı ilə sentyabrın 10-u saat 10:30-da keçiriləcək.
Qəbul imtahanları “Qeyri-üzvi kimya”, “Makromolekullar kimyası”, “Üzvi kimya”, “Neft kimyası”, həmçinin “Kimya texnologiyası və mühəndisliyi” ixtisasları üzrə təşkil olunacaq.
“2303.01 – Qeyri-üzvi kimya” ixtisası üzrə imtahanda Tağıyeva Fidan Famil qızı, Məmmədova Zümrüd Ağaşirin qızı, Zeynalova Aygün Natiq qızı və Gondolova Gülnar Hacıməhəmməd qızı iştirak edəcək.
“2304.01 – Makromolekullar kimyası” ixtisası üzrə Məmədov Sətdər Elşən oğlu, “2306.01 – Üzvi kimya” ixtisası üzrə isə Mirzəliyeva Leyla Vüqar qızı və Vahidzadə Leyla Kamal qızı imtahan verəcəklər.
“2314.01 – Neft kimyası” ixtisası üzrə Rəsulzadə Lalə Rövşən qızı, Şahverdiyeva Nəzakət Əfqan qızı, Bəylərzadə İnci Əlağa qızı və Mustafayeva Aynurə Cavanşir qızı iştirak edəcək.
“3303.01 – Kimya texnologiyası və mühəndisliyi” ixtisası üzrə isə Əhmədova Tutu Rövşən qızı və Bəhrəmov Eynulla Siyasət oğlu doktoranturaya qəbul imtahanında iştirak edəcəklər.

JURNALLAR
Faydalı linklər