Elanlar
Kimya İnstitutunda karbon nanoborularının sintezinə həsr olunan dissertasiya müdafiəsi keçiriləcək
Sen 30, 2026 | 16:48
Oxunub 23 dəfə

 

Oktyabrın 30-da Elm və Təhsil Nazirliyinin Kimya İnstitutunun nəzdində fəaliyyət göstərən FD 1.15 Dissertasiya Şurasının iclası keçiriləcək.

İclas zamanı kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün iddiaçı Nərmin Mustafayevanın “Propan qazından karbon nanoborularının sintezi və onların karbohidrogenlərin katalitik oksidləşmə proseslərində tədqiqi” mövzusunda dissertasiya işinin müdafiəsi baş tutacaq.
Dissertasiya işi 2316.01 – “Kimyəvi kinetika və kataliz” ixtisası üzrə təşkil olunacaq.
İddiaçının elmi rəhbəri AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru professor Eldar Zeynalovdur.

Rəsmi opponentlər Naxçıvan Dövlət Universitetinin Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru professor Tofiq Əliyev, Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun baş elmi işçisi, kimya elmləri doktoru dosent Aygün Əliyeva və Kimya İnstitutunun aparıcı elmi işçisi, kimya üzrə fəlsəfə doktoru, dosent Sima Zülfüqarovadır.
İclası distant formada zoom platforması vasitəsilə izləmək mümkündür.
İclasa qoşulmaq üçün keçiddən istifadə edərək Meeting ID: 652 599 2400, Passcode: vTcY3K məlumatlarını daxil etmək lazımdır.

JURNALLAR
Faydalı linklər