Elanlar
Kimya İnstitutunda azot əsaslı polimerlər və metal nanohissəciklərə dair elmi seminar keçiriləcək
Okt 05, 2026 | 16:52
Oxunub 10 dəfə

Elm və Təhsil Nazirliyinin Kimya İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə “Azot əsaslı polimerlər və metal nanohissəciklər əsasında alınmış katalitik sistemlərdə quruluş-ölçü effekti” mövzusunda elmi seminar keçiriləcək.

Seminarda İnstitutun “Nanostrukturlaşdırılmış metal-polimer katalizatorları” laboratoriyasının elmi işçisi, doktorant Nərgiz Rəhimli məruzə ilə çıxış edəcək.
Məruzədə polimer mühitində stabilləşdirilmiş metal nanohissəcikləri, onların quruluş xüsusiyyətləri və fiziki-kimyəvi xassələri, həmçinin bu istiqamətdə aparılmış tədqiqatlar, əldə edilmiş elmi nəticələr və nailiyyətlər barədə məlumat veriləcək.
Seminarda institutun əməkdaşları, gənc tədqiqatçılar, doktorantlar və mövzu ilə maraqlanan mütəxəssislər iştirak edə bilərlər.
Tədbir oktyabrın 7-si saat 11:00-da Kimya İnstitutunda keçiriləcək.

JURNALLAR
Faydalı linklər