Elanlar
Elan
Okt 27, 2026 | 13:03
Oxunub 28 dəfə

Hörmətli tədqiqatçılar!

Noyabrın 3-də saat 11:00-da Elm və Təhsil Nazirliyinin Kimya İnstitutunda kimya elmləri doktoru, professor Məhəmməd Babanlının ustad dərsi keçiriləcək.
Professor “Müasir materialşünaslıqda entropiya mühəndisliyi strategiyası” mövzusunda məruzə ilə çıxış edəcək. Məruzədə entropiya mühəndisliyinin mahiyyəti, müasir materialşünaslıqda tətbiqi və perspektivləri barədə məlumat veriləcək.
Ustad dərsində institutun əməkdaşları, gənc tədqiqatçılar, doktorantlar, magistrantlar və mövzu ilə maraqlanan mütəxəssislər iştirak edə bilərlər.
Ünvan: Kimya İnstitutu, H.Cavid prospekti, 113.
Qeyd: Qeydiyyat linki yalnız institutdan kənar iştirakçılar üçündür. İnstitutun əməkdaşlarının qeydiyyatdan keçməsinə ehtiyac yoxdur.

 

JURNALLAR
Faydalı linklər