Kimya mühəndisliyi və ətraf mühitin dayanıqlılığı üzrə beynəlxalq konfrans keçiriləcək
Noy 02, 2026 | 13:17
Noy 02, 2026 | 13:17
Oxunub
11 dəfə
Dekabrın 17-18-də Sumqayıt Dövlət Universitetində Kimya mühəndisliyi və ətraf mühitin dayanıqlılığına həsr olunmuş Beynəlxalq Konfrans (ICCEES 2026) keçiriləcək.
Konfrans Sumqayıt Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, SOCAR Downstream Management, SOCAR Polymer, İstanbul Texniki Universiteti (Türkiyə), Hexi Universiteti (Çin), Daşkənd Dövlət Texniki Universiteti (Özbəkistan) və Torayqırov Universitetinin (Qazaxıstan) birgə təşkilatçılığı ilə baş tutacaq.
Tədbirdə kimya mühəndisliyi və ətraf mühitin dayanıqlılığı ilə bağlı elmi məsələlərin müzakirəsi nəzərdə tutulur.
Ətraflı məlumatla buradan tanış ola bilərsiniz.









