Elanlar
Kimya İnstitutunda “Özünü tanı, gələcəyini istiqamətləndir” mövzusunda fərdi inkişaf təlimi keçiriləcək
Noy 03, 2026 | 17:50
Oxunub 6 dəfə

Noyabrın 4-də saat 14:00-da Elm və Təhsil Nazirliyi Kimya İnstitutunda kimya üzrə fəlsəfə doktoru, şəxsi inkişaf kouçu Sevil Xəlilovanın təqdimatında “Özünü tanı, gələcəyini istiqamətləndir” mövzusunda fərdi inkişaf təlimi keçiriləcək.

Təlimdə özünü tanıma, fərdi potensialın müəyyənləşdirilməsi, şəxsi və peşəkar inkişafın planlaşdırılması, məqsədlərə çatmaq üçün düzgün yanaşmalar müzakirə olunacaq.

Qeyd edək ki, Sevil Xəlilova Almaniyanın Heidelberg şəhərində yerləşən NET GmbH (New Environmental Technology) şirkətində məhsulun inkişafı və keyfiyyət üzrə mütəxəssis vəzifəsində çalışır. 

JURNALLAR
Faydalı linklər