Elanlar
Kimya İnstitutunda alkanların katalitik oksidləşməsinə dair tədqiqat işi müdafiə olunacaq
Noy 04, 2026 | 12:06
Oxunub 7 dəfə

Dekabrın 4-ü saat 11:00-da Elm və Təhsil Nazirliyi (ETN) Kimya İnstitutunun nəzdində fəaliyyət göstərən FD 1.15 Dissertasiya şurasının iclası keçiriləcək.

İclas zamanı kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün iddiaçı Aygün İsazadənin “Polimerlərə immobilizə olunmuş nanoölçülü manqan katalizatorlarının iştirakı ilə n-C 6 -C 8 alkanların oksidləşməsi” mövzusunda dissertasiya işinin müdafiəsi baş tutacaq.

Dissertasiya işi 2316.01 - “Kimyəvi kinetika və kataliz” ixtisası üzrə təşkil olunacaq.

İddiaçının elmi rəhbəri kimya elmləri doktoru, baş elmi işçi Nizami Zeynalov, elmi məsləhətçi AMEA-nın həqiqi üzvü, kimya elmləri doktoru professor Dilqəm Tağıyevdir.

Rəsmi opponentlər ETN Fizika İnstitutunun baş elmi işçisi, AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru professor İslam Mustafayev, ETN Neft-Kimya Prosesləri İnstitutunun laboratoriya müdiri, kimya elmləri doktoru professor Səfa Abasov, Kimya İnstitutunun aparıcı elmi işçisi, kimya üzrə fəlsəfə doktoru dosent Nuranə Abbasovadır.

İclası distant formada zoom platforması vasitəsilə izləmək mümkündür.

İclasa qoşulmaq üçün keçiddən istifadə edərək Meeting ID: 652 599 2400, Passcode: vTcY3K məlumatlarını daxil etmək lazımdır.

 

JURNALLAR
Faydalı linklər