Elanlar
Kimya İnstitutunda “Zəfərin izi: Qəhrəmanlıq dastanı” adlı seminar keçiriləcək
Noy 04, 2026 | 18:05
Oxunub 23 dəfə

Noyabrın 6-da saat 14:00-da Elm və Təhsil Nazirliyi Kimya İnstitutunda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş “Zəfərin izi: Qəhrəmanlıq dastanı” adlı seminar keçiriləcək.

Seminarda institutun sabiq əməkdaşı, şəhid Manaf Manafovun bacısı Mina Manaflı və Vətən müharibəsi iştirakçısı, qazi Tural Məhərrəmov qonaq qismində iştirak edəcəklər.

Tədbir çərçivəsində institutun böyük laborantı İlahə Şərifova “Tarixi ədalətin təntənəsi”, elmi işçi Aygün İsazadə “Müzəffər müəllimim deyə bilənim”, Həmkarlar Təşkilatının sədri Vüsalə Məcidzadə “Dəmir yumruq”, ictimaiyyətlə əlaqələr üzrə baş mütəxəssis Aysel Ağayeva isə “Zəfərdən sonra başlayan məsuliyyət” mövzularında məruzələrlə çıxış edəcəklər.

Seminarda Zəfər Gününün tarixi əhəmiyyəti, Vətən müharibəsində göstərilən qəhrəmanlıq və Qələbədən sonra qarşıda duran məsuliyyət məsələləri ətrafında fikir mübadiləsi aparılacaq.

JURNALLAR
Faydalı linklər