Elanlar
Kimya İnstitutunda açıq qapı günləri keçiriləcək
Noy 04, 2026 | 18:16
Oxunub 21 dəfə

Dekabr ayında Elm və Təhsil Nazirliyi Kimya İnstitutunda məktəblilərin, tələbələrin və gənclərin kimya elminə marağının artırılması, onların elmi fəaliyyətlə yaxından tanış olması məqsədilə açıq qapı günləri təşkil olunacaq.

Açıq qapı günləri çərçivəsində iştirakçılar institutun elmi-tədqiqat fəaliyyəti, laboratoriyaları, müasir tədqiqat avadanlıqları və aparılan elmi araşdırmalarla tanış olmaq imkanı əldə edəcəklər. Onlara kimyanın müxtəlif istiqamətləri, elmi tədqiqatların praktiki tətbiqi və bu sahədə əldə olunan nəticələr barədə məlumat veriləcək.

Görüşlər zamanı institutun alim və mütəxəssisləri iştirakçıların suallarını cavablandıracaq, kimya elminin müasir inkişaf istiqamətləri, elmi fəaliyyət və tədqiqatçı peşəsi haqqında məlumat verəcəklər.

Açıq qapı günlərinin keçirilməsində əsas məqsəd gənc nəslin elmə, xüsusilə kimya elminə marağını təşviq etmək, onların elmi mühitlə tanışlığına şərait yaratmaq və gələcək ixtisas seçimində kimya sahəsinə diqqəti artırmaqdır.

 

JURNALLAR
Faydalı linklər