Kimya İnstitutunda benzolun hidroksilləşməsi reaksiyasına dair seminar keçiriləcək
Noy 17, 2026 | 15:50
Noy 17, 2026 | 15:50
Oxunub
20 dəfə
Noyabrın 19-u saat 11:00-da Elm və Təhsil Nazirliyi Kimya İnstitutunda “Fe/Zr oksid katalizatorlarının iştirakı ilə benzolun hidroksilləşməsi reaksiyasında ölçü effektləri” dissertasiya mövzusunda elmi seminar keçiriləcək.
Seminarda institutun böyük elmi işçisi Lalə Qasımova məruzə ilə çıxış edəcək.
Məruzədə benzoldan birbaşa fenolun alınması prosesi, Fe/Zr oksid katalizatorlarının bu reaksiyada iştirakı və katalizatorların ölçü effektləri barədə məlumat veriləcək.
Məruzəçinin elmi rəhbəri kimya elmləri doktoru professor Etibar İsmayılovdur.
Elmi seminar kimya elmləri doktoru professor Arif Əfəndinin sədrliyi və kimya üzrə fəlsəfə doktoru Günel Əzimovanın katibliyi ilə keçiriləcək.









