Elanlar
Kimya İnstitutunun tədqiqatçıları Venture Scientist Proqramına dəvət olunur
Noy 23, 2026 | 17:42
Oxunub 5 dəfə

İnovasiya və Texnoloji Transfer ofisi Elm və Təhsil Nazirliyi Kimya İnstitutunun tədqiqatçılarını Venture Scientist Proqramında iştirak etməyə dəvət edir.

Proqramda həm komanda şəklində, həm də fərdi qaydada (fiziki şəxs kimi) iştirak etmək mümkündür. Təlimlər ingilis dilində keçiriləcək.

Proqramın iştirakçılara təqdim etdiyi imkanlar:

- Elmi nəticələrinizi real məhsula və ya startapa çevirmək üçün praktiki bilik;

- Təcrübəli mentorlar;

- Hüquqi dəstək;
- Tərəfdaş laboratoriyalara çıxış;

- Patent müraciətində yardım və investorlarla tanışlıq imkanı.

Proqramı uğurla başa vuran iştirakçılara UC Berkeley SCET mərkəzinin sertifikatını alacaqlar.

Müraciətlər noyabrın 25-dək qəbul olunacaq. Qeydiyyatdan keçən iştirakçılardan bu barədə İnovasiya və Texnoloji Transfer Ofisinin nümayəndəsi Araz Dövlətova məlumat vermələri xahiş olunur.

JURNALLAR
Faydalı linklər