Noy 24, 2026 | 17:04
Noyabrın 25-i saat 10:00-da Elm və Təhsil Nazirliyi Kimya İnstitutunda Venture Scientist Proqramı ilə bağlı məlumatlandırıcı təqdimat keçiriləcək.
Təqdimat zamanı proqramın məqsədi, iştirakçılara təqdim etdiyi imkanlar, müraciət qaydaları, iştirak üçün tələblər və qeydiyyat prosesi haqqında ətraflı məlumat veriləcək. Həmçinin tədqiqatçıları maraqlandıran suallar cavablandırılacaq.
Qeyd edək ki, Venture Scientist Proqramına müraciət üçün qeydiyyat dekabrın 2-dək uzadılıb.
Təqdimatda iştirak etmək istəyən əməkdaşlardan saat 09:45-də institutun ikinci mərtəbəsində yerləşən kiçik konfrans otağının qarşısında olmaları xahiş olunur.
Qeydiyyatdan keçən iştirakçılar bu barədə İnovasiya və Texnoloji Transfer Ofisinin nümayəndəsi Araz Dövlətova (araz.dovlatov.93@mail.ru) məlumat verməlidirlər









