- Atomun quruluşuna dair əsas anlayışlar. Kvant ədədləri, atom orbitalları (s-, p-, d- və f-AO), onların enerjiləri və sərhəd səthləri. Elektronların atom orbitalları üzrə paylanması. Minimum enerji prinsipi, Pauli prinsipi və Hund qaydası.
- Dövri qanunun müasir ifadəsi, Mozli qanunu, dövri sistemin quruluşu. Dövrlər və qruplar. Dövri cədvəlin qısa və uzun dövr variantları.
- Dövri sistemdə atomların mühüm xüsusiyyətlərindəki dəyişikliklərin qanunauyğunluqları: atom və ion radiusları, ionlaşma potensialı, elektrona hərislik enerjisi və elektromənfilik.
- Dövri sistemdə bəsit maddələrin və mühüm kimyəvi birləşmələrin – oksid, hidroksid, hidrid, halogenid, sulfid və s.-in xassələrinin dəyişməsində dövrililik və onun səbəbləri.
- Kimyəvi rabitənin təbiəti haqqında anlayış. Kimyəvi rabitənin mühüm xüsusiyyətləri: uzunluğu, enerjisi, istiqamətliliyi, polyarlığı, tərtibi. Kimyəvi rabitənin əsas növləri.
- Valent rabitələr üsulunun (VRÜ) əsas müddəaları.
- Orbitalların hibridləşdirməsi. Kovalent rabitənin istiqamətliliyi, doymuşluğu və polyarlaşması.
- Bölünməyən elektron cütlərinin molekulların quruluşuna təsiri, Gillespi modeli.
- Molekulyar orbital üsulunun (MOÜ) əsas müddəaları. İkimərkəzli ikielektronlu molekulyar orbitallar.
- İkiatomlu homonüvəli və heteronüvəli molekulların molekulyar orbitallarının energetik diaqramları. İonlaşma enerjisi, molekulların maqnit və optik xassələri.
- İon rabitəsi. Kristalların quruluşunun ion modeli, ion kristallarının əmələ gəlməsi. İon radiusu. Kristal quruluşların əsas növləri, Madelung sabiti, ion qəfəsinin enerjisi.
- Molekullararası qarşılıqlı təsir – oriyentasion, induksion və dispers qarşılıqlı təsirlər. Hidrogen rabitəsi, onun təbiəti.
- Zonalar (zolaqlar) nəzəriyyəsinə giriş. Atom və molekulyar orbitallardan valent və keçiricilik zolaqlarının əmələ gəlməsi, qadağan olunmuş zolaq. Metal və dielektriklər. Zolaq nəzəriyyəsinin tətbiqinin sərhədləri.
- Koordinasiya nəzəriyyəsinin əsas anlayışları. Liqandların təsnifatına, koordinasiya sferasının yükünə, mərkəzi atomların sayına görə kompleks birləşmələrin növləri.
- Kompleks birləşmələrin nomenklaturası. Kompleks birləşmələrin izomerliyi.
- İon modeli və Lyuis anlayışları çərçivəsində koordinasiya birləşmələrinin əmələ gəlməsi. Pirsonun yumşaq və sərt turşular və əsaslar nəzəriyyəsi.
- Məhlulda komplekslərin davamlılığı və onu təyin edən əsas amillər. Komplekslərin davamlılıq sabitləri. Komplekslərin energetik davamlılığına entropiyanın töhfəsi, solvatasiya və xelat effektləri, L.A.Çuqaevin tsikllər qaydaları.
- Kompleks birləşmələrdə kimyəvi rabitənin təbiəti. Kristal sahə nəzəriyyəsinin əsas müddəaları. d-orbitalların oktaedrik və tetraedrik sahələrdə parçalanması.
- d-orbitalların parçalanma enerjisi, elektronların cütləşməsi enerjisi və kristal sahənin stabilləşdirmə enerjisi. Liqandların spektrokimyəvi sırası. Yan-Teller nəzəriyyəsi haqqında anlayış, oktaedrik komplekslərin tetraqonal təhrifi.
- Kompleks birləşmələrin molekulyar orbitallarının energetik diaqramı. Kompleks birləşmələrin optik və maqnit xassələrinin izah edilməsində kristal sahə nəzəriyyəsinin və molekulyar orbitallar üsulunun tətbiqi. Çoxelektronlu sistemlər üçün Tanabe-Suqano diaqramları.
- Karbonil, metalkarbonil, metalosen və fulleridlər.
- Makrotsiklik ligandlarla komplekslər. Çoxnüvəli komplekslər. İzo- və heteropolibirləşmələr. Keçid və qeyri-keçid elementlər əsasında klasterlər. Metal-metal rabitəsinin tərtibi, d-rabitə haqqında anlayış.
- Kompleks birləşmələrin reaksiyalarının mexanizmləri. Liqandın əvəzolunması, ayrılması (qopması) və birləşməsi, oksidləşmə-reduksiya reaksiyaları.
- Koordinasiya sferasında liqandların qarşılıqlı təsiri. I.I.Çernyaevin trans-təsiri, A.A.Grenberqin cis-effekti. Liqandların sferadaxili reaksiyaları.
- Kompleks birləşmələrin kimyəvi texnologiyada, katalizdə, tibbdə və ekologiyada tətbiqi.
- Kimyəvi termodinamikanın əsas anlayışları və vəzifələri. Termodinamik sistem, sistemin parametrləri və vəziyyətinin (halının) funksiyaları. Termodinamikanın birinci qanunu. Daxili enerji, kimyəvi və faza çevrilmələr zamanı onun dəyişməsi.
- Entalpiya. Kimyəvi reaksiyaların standart vəziyyəti (halı) və standart istilik effektləri. Maddənin əmələgəlmə istiliyi və entalpiyası. Hess qanunu. Kimyəvi rabitənin enerjisi. İstilik tutumu, Kirxqoff tənliyi.
- Dönən və dönməyən proseslər. Termodinamikanın ikinci qanunu. Entropiya və onun fiziki mənası, Boltsman tənliyi. Standart entropiya. Entropiyanın hal (vəziyyət) parametrlərindən asılılığı.
- Gibbs enerjisi. Kimyəvi proseslərin istiqaməti, təcrid olunmuş və açıq sistemlərdə reaksiyaların özbaşına gedişinin meyarları.
- Kimyəvi potensial. Kimyəvi tarazlığın şərti, tarazlıq sabiti. Kimyəvi reaksiyanın izotermi. Faza tarazlığı, sərbəstlik dərəcələrinin sayı, Gibbs faza qaydası. Bir- və ikikomponentli sistemlərin faza diaqramları.
- Kimyəvi reaksiyanın sürəti, onun reagentlərin təbiətindən və qatılığından, həmçinin temperaturdan asılılığı. Kütlələrin təsiri qanunu. Reaksiyanın tərtibi.
- Sürət sabiti və onun temperaturdan asılılığı. Arrenius tənliyi. Aktivləşmə enerjisi və aktivləşdirilmiş kompleks anlayışı.
- Dönən reaksiyalar. Katalizatorun reaksiya sürətinə təsiri. Homogen və heterogen kataliz. Zəncirvari və rəqsi reaksiyalar anlayışı.
- Məhlulların təbiəti haqqında müasir təsəvvürlər. Maye məhlulların xüsusiyyətləri. Mayelərdə nizamlılıq, suyun və sulu məhlulların quruluşu. Sulu və qeyri-su məhlullarda reaksiyaların spesifikliyi.
- Elektrolitik dissosiasiya nəzəriyyəsi. Suyun ion hasili və onun temperaturdan asılılığı. Hidrogen göstəricisi pH.
- Turşu və əsaslar. Brensted-Louri protolitik nəzəriyyə. Qoşulmuş turşu və əsaslar. Hidroliz.
- Turşu və əsasların təbiəti haqqında müasir təsəvvürlər.
- Güclü və zəif elektrolitlər. Elektrolitik dissosiasiya dərəcəsinin qatılığdan, temperaturdan, həlledicinin və kənar elektrolitlərin təbiətindən asılılığı.
- Ostvaldın durulaşdırma qanunu. Debay-Hükkelin güclü elektrolitlər nəzəriyyəsinin əsas anlayışları.
- Həllolma hasili. Zəif həll olunan güclü elektrolitlərin doymuş məhlullarında dinamik tarazlıq və onun yerdəyişməsinə səbəb olan amillər.
- Məhlulların elektrokimyəvi xassələri. Qoşulmuş oksidləşmə-reduksiya cütləri. Elektrod potensialı.
- Oksidləşmə-reduksiya reaksiyaları və onların istiqaməti. Nernst tənliyi. Elektroliz.
- Elektrolit və qeyri-elektrolit məhlullarının kolliqativ xassələri. İzotonik əmsal. Raul qanunu. Krioskopiya və ebulioskopiya, osmos.
- Bəsit maddələrdən binar birləşmələrin birbaşa sintezi. İntermetal birləşmələr, amalqamlar, halogenidlər, sulfidlər, selenidlər, fosfidlər, arsenidlər, qələvi və qələvi-torpaq metallarının birləşmələri.
- Suda məhlulda qeyri-üzvi birləşmələrin sintezi (oksidləşmə-reduksiya, ion mübadiləsi və kompleksəmələgətirmə reaksiyaları üzrə). Məhlullardan bərk fazın çökməsinin ümumi xüsusiyyətləri. Çökdürmə şəraitinin (ifratlıq dərəcəsinin, temperaturun və s.) bərk faz hissəciklərinin əmələ gəlməsinə və böyüməsinə təsiri.
- Qeyri-üzvikolloid sistemlərin sintezinin xüsusiyyətləri. Qeyri-üzvi maddələrin (sorbent, katalizator, sintetik seolit, məsaməli keramika, nazik təbəqə, liflər və s.) alınmasında zol-gel prosesinin tətbiqi.
- Qazların iştirakı ilə qeyri-üzvi birləşmələrin sintezi. Qazla bərk maddələr arasında reaksiyalar. Oksigen, halogen və digər qazvari və bərk maddələrin qarşılıqlı təsirindən oksid, halogenid, sulfid, nitrid və karbidlərin alınması. Qaz fazasında kimyəvi çökdürmə üsulu (praktik əhəmiyyəti olan reaksiyalar, qazların daşınması reaksiyalarının həyata keçirilmə texnologiyası). Metalüzvi birləşmələrin aerozollarının pirolizi.
- Bərk fazada sintez və onun xüsusiyyətləri; bərk maddələrin termiki parçalanması, bərk maddə-bərk maddə arasında reaksiyalar. Bərk aqreqat halında olan məhsullar qarışığının ayrılması problemi (bir neçə fazanın qarışığı, bərk məhlulların, şüşələrin əmələgəlməsi və s.).
- Fotokimyəvi (nitrozobirləşmələrin bəzi növlərinin alınması, gümüş kationlarının nanohissəciklərə reduksiyası) və elektrokimyəvi (xlorat və perxlorat turşuları, perxloratlar, pirosulfat turşusu və persulfatların alınması) sintez metodları.
ə. Ərintilərdə reaksiyalar. Ərintilərdən kristallaşma prosesinin xüsusiyyətləri. Stexiometriyaya tabe olmayan qeyri-molekulyar kristal birləşmələrin – binar (oksid, xalkogenidlər və s.) və üçlü birləşmələrin sintezinin şəraitini müəyyənləşdirmək üçün faza diaqramlarından istifadə edilməsi. Termit reaksiyaları. Bridjmen, Çoxralski üsulları ilə monokristalların alınması.
- Sintezdə yüksək təzyiq və vakuumdan istifadə edilməsi. Yüksək təzyiqdə reaksiyalardan, məsələn hidrotermal reaksiyalardan monokristalların yetişdirilməsində və yenidən kristallaşmasında tətbiqi. Qrafitin birbaşa almaza çevrilməsinin və karbonun ifrat doymuş məhlulundan almazın kristallaşmasının termodinamik əsasları. Vakuumda elementlərin asan parçalana bilən birləşmələrinin əldə edilməsi.
- Maddələrin ayrılması və təmizlənməsinin əsas üsulları. Monokristalların yetişdirmə üsulları və onların təsnifatı. Maddələrin sintezi və təmizlənməsində kimyəvi daşınma reaksiyaları.
- s-elementlərin dövri cədvəldə yeri, onların atomlarının elektron konfiqurasiyanın xüsusiyyətləri. Səciyyəvi oksidləşmə dərəcələri.
- Hidrogen. Dövri cədvəldə hidrogenin xüsusi mövqeyi. Hidrogenin izotopları. Orto- və para-hidrogen. Hidrogenin alınma üsulları. Hidrogenin fiziki-kimyəvi xassələri. Hidridlər və onların təsnifatı. Hidrogenin oksidləşmə-reduksiya xassələri.
- Su, onun molekulunun və maye halının quruluşu. Buzun quruluşu, klatratlar. Hidrogen peroksid, onun alınması, quruluşu və oksidləşmə-reduksiya xassələri.
- IA qrupunun elementləri. Qrupun ümumi icmalı. Kimyəvi birləşmələrin əsas sinifləri; alınması və xassələri. Həllolmayan duzları. Litium kimyasının xüsusiyyətləri. Qələvi metalların və onların birləşmələrinin tətbiqi.
- IIA qrupunun elementləri. Qrupun ümumi icmalı. Kimyəvi birləşmələrinin əsas sinifləri; alınması və xassələri. s-metalların kompleksəmələgətirməsinin xüsusiyyətləri.
- IIA qrupunun elementləri. Berillium, maqnezium və radium kimyasının xüsusiyyətləri. Berillium və litium kimyasının oxşarlığı. Berillium, qələvi-torpaq metallarının və onların birləşmələrinin tətbiqi.
- p-elementlərin dövri cədvəldə yeri. Atomların elektron konfiqurasiyanın xüsusiyyətləri. Səciyyəvi oksidləşmə dərəcələri. p-elementləri arasında metal, qeyri-metal və metalloidlər. 2 və 3 dövrlərdə xassələrinin dəyişməsindəki qanunauyğunluqlar.
- IIIA qrupunun elementləri. Qrupun ümumi icmalı. Bor kimyasının xüsusiyyətləri. Borhidridlər, kompleks hidroboratlar, borun klaster birləşmələri, borazol, bor nitrid: quruluşlarının xüsusiyyətləri və xassələri.
- IIIA qrupunun elementləri. Alüminium oksidi. Aluminatlar və hidroksoaluminatlar. Alüminium-halogenidləri. Alüminiumun kompleks birləşmələri. Alüminium ərintiləri. Alümotermiya.
- IIIA qrupunun elementləri. Qallium, indium və tallium oksidlərinin amfoterliyi. Tl(I) kimyasının xüsusiyyətləri. Bor, alüminium, qallium, indium və talliumun, həmçinin onların birləşmələrinin tətbiqi.
- IVA qrupunun elementləri. Qrupun ümumi icmalı. Karbonun allotropik modifikasiyalarının kimyasının xüsusiyyətləri. Fullerenlər və onların törəmələri. Nanoborular.
- IVA qrupunun elementləri. Metal karbidlər. Sian turşusu, sianidlər, disian. Rodanid turşusu və rodanidlər. Karbon-disülfid. Freonlar və onların tətbiqi. Karbon oksidləri. Karbonillər. Karbonatlar.
- IVA qrupunun elementləri. Silisium, germanium, qalay və qurğuşun oksidləri. Kvars və onun polimorf modifikasiyaları. Silikat turşusu və silikatlar. Halogenidlər. Heksaflüorsilikat turşusu. Silisium-karbid.
f. IVA qrupunun elementləri. Qalay və qurğuşunun kompleks birləşmələri. IVA qrup elementlərinin bəsit maddələrinin və birləşmələrinin tətbiqi. Yarımkeçiricilər haqqında anlayış. Qurğuşun akkumulyatoru.
- VA qrupunun elementləri. Qrupun ümumi icmalı. Qrupda birqat və çoxqat (iki- və üçqat) rabitələrin əmələgəlməsinin qanunauyğunluqları və möhkəmliyi. Azot kimyasının xüsusiyyətləri. Molekulyar azotun birləşmələrə çevrilməsi problemi. Fosforun allotropik modifikasiyalarının xüsusiyyətləri.
- VA qrupunun elementləri. VA qrup elementlərinin hidridləri: alınması, molekullarının quruluşu, xassələri. Ammonium duzları. Maye ammonyak həlledici kimi. Hidrazin, hidroksilamin, azid turşusu. VA qrup elementlərin halogenidləri, alınması və hidrolizi.
- VA qrupunun elementləri. Azotun oksigenli birləşmələri. NO və NO2 kimyasının xüsusiyyətləri. Nitrat, nitrit turşuları və onların duzları: alınması, xassələri və oksidləşmə-reduksiya qabiliyyətləri.
- VA qrupunun elementləri. Fosforun oksigenli birləşmələri: oksidlər, turşular və onların duzları. Müxtəlif oksidləşmə dərəcələrinə malik fosforun oksigenli turşularının xassələrinin müqayisəsi.
- VA qrupunun elementləri. Arsen, stibium və bismut oksidləri, arsen və stibiumun oksigenli turşuları və onların duzları. Qrupda turşuların gücünün müqayisəsi. Sulfidlər və tioduzlar.
- VA qrupunun elementləri. VA qrup elementlərin bəsit maddələrinin və birləşmələrinin tətbiqi. Gübrələr.
- VIA qrupunun elementləri. Qrupun ümumi icmalı. Oksigen kimyasının xüsusiyyətləri. Oksigen molekulunun quruluşu, onun paramaqnetizminin izahı. Ozon və ozonidlər. Kükürdün allotrop modifikasiyaları və onların quruluşu.
- VIA qrupunun elementləri. Oksidlərin təsnifatı. Sadə və mürəkkəb oksidlər, oksidlərin qeyri-stexiometriyası. Hidroksidlər və turşular. Peroksidlər, superoksidlər.
- VIA qrupunun elementləri. Hidrogen-sulfid və sulfidlər. Polisulfidlər. Sulfanlar. Kükürd oksidləri, turşuları və onların duzları. Politionat turşuları və politionatlar.
- VIA qrupunun elementləri. Selen və tellurun oksigenli birləşmələri. Qrupda oksigen turşularının gücünün, davamlılığının və oksidləşmə-reduksiya xassələrinin müqayisəsi.
- VIA qrupunun elementləri. Kükürd, selen və tellurun halogenidləri. VIА qrup elementlərinin bəsit maddələrin və birləşmələrinin tətbiqi.
- VIIA qrupunun elementləri. Qrupun ümumi icmalı. Flüor və astat kimyasının xüsusiyyətləri. Halogenlərin oksidləşdirici xassələri. Halogenlərin su ilə qarşılıqlı təsiri.
- VIIA qrupunun elementləri. Hidrogen-halogenidlər. Alınması, xassələri. Qrupda hidrogen-halogenid turşularının xassələrindəki dəyişikliklərin qanunauyğunluğu. Halogenidlərin təsnifatı. Halogenlərarası birləşmələr: quruluşu və xassələri.
- VIIA qrupunun elementləri. Halogenlərin oksigenli birləşmələri. Xlor oksidlərinin xüsusiyyətləri. Halogenlərin oksigenli turşuları və onların duzları. Halogenlərin oksigenli turşularının gücünün, davamlılığının və oksidləşmə-reduksiya xassələrinin müqayisəsi. Halogenlərin və onların birləşmələrinin tətbiqi.
- VIIIA qrupunun elementləri. Qrupun ümumi icmalı. Nəcib qazların birləşmələri və bu birləşmələrdə kimyəvi rabitənin təbiəti. Nəcib qazların hidratları. Nəcib qazların flüoridləri və oksigenli birləşmələri. Nəcib qazların tətbiqi.
2.3. d-elementlərin kimyası
- d-elementlərinin dövri cədvəldə yeri. Atomlarının elektron quruluşu və əsas oksidləşmə dərəcələri. d-elementlərinin kompleksəmələgətirmə qabiliyyəti. 4-cü–6-cı dövrlərdə d-metalların xassələrindəki dəyişikliklərin qanunauyğunluqları. d-sıxılmanın təbiəti və onun nəticələri.
- IIIB qrupunun elementləri. Qrupun ümumi icmalı. IIIB qrup metallarının oksid, hidroksid və flüoridləri; alınması və xassələri. Kompleks birləşmələri.
- IIIB qrupunun elementləri. IIIA və IIIB qrup elementlərinin kimyasının müqayisəsi. IIIB qrup metalların və onların birləşmələrinin tətbiqi.
- IVB qrupunun elementləri. Qrupun ümumi icmalı. Titan və zirkonium oksidləri və hidroksidləri. Titanatlar və zirkonatlar. Titanil və zirkonil duzları. Halogenidlər. Kompleksəmələgətirmə qabiliyyəti. Müxtəlif oksidləşmə dərəcələrinin davamlılığının qanunauyğunluqları.
- IVB qrupunun elementləri. Lantanoid sıxılmasının hafniumun xassələrinə təsiri. IVA və IVB qrup metalların kimyasının müqayisəsi. Titan və zirkoniumun, həmçinin onların birləşmələrinin tətbiqi.
- VB qrupunun elementləri. Qrupun ümumi icmalı. Oksidlər və halogenidlər. Vanadat, niobat və tantalatlar. Kompleksəmələgətirmə və klasterlər yaratmaq qabiliyyəti. Müxtəlif oksidləşmə dərəcələrinin davamlılığındakı qanunauyğunluqlar.
- VB qrupunun elementləri. Vanadium(V) və fosfor(V) birləşmələrinin xassələrinin müqayisəsi. Vanadium, niobium və tantalın, həmçinin onların birləşmələrinin tətbiqi.
- VIB qrupunun elementləri. Qrupun ümumi icmalı. Oksidlər, halogenidlər və sulfidlər. Xromat, molibdenat və volframat turşularının və onların duzlarının xassələrinin müqayisəsi. Kompleksəmələgətirmənin xüsusiyyətləri. Klasterlər. Politurşular və onların duzları. Peroksidlər.
- VIB qrupunun elementləri. Xrom birləşmələrinin oksidləşmə-reduksiya xassələri, müxtəlif oksidləşmə dərəcələrinin davamlılığındakı qanunauyğunluqlar. VIА və VIB qrup elementlərinin kimyasının müqayisəsi. Xrom, molibden və volframın, həmçinin onların birləşmələrinin tətbiqi.
- VIIB qrupunun elementləri. Qrupun ümumi icmalı. Manqanın oksigenli birləşmələri, onların turşu-əsasi və oksidləşmə-reduksiya xassələri. Manqan birləşmələrinin müxtəlif oksidləşmə dərəcələrində davamlılığı.
- VIIB qrupunun elementləri. Texnesium və renium kimyasının xüsusiyyətləri. Perrenat turşusu və perrenatlar. VIIA və VIIB qrup elementlərinin kimyasının müqayisəsi. Manqan və reniumun tətbiqi.
- VIIIB qrupunun elementləri. Qrupun ümumi icmalı. Elementlərin dəmir və platin metalları ailələrinə bölünməsinin əsaslandırılması.
- VIIIB qrupunun elementləri. Dəmir ailəsi: dəmir, kobalt və nikelin alınması və fiziki-kimyəvi xüsusiyyətləri. Oksidlər və hidroksidlər, halogenidlər və sulfidlər.
- VIIIB qrupunun elementləri. Dəmir, kobalt və nikelin yüksək oksidləşmə dərəcələrinə uyğun birləşmələri. Kompleks birləşmələr, d6-konfiqurasiyaya malik mərkəzi atomun komplekslərinin xüsusiyyətləri. Dəmirin korroziyası və ona qarşı mübarizə. Dəmir, kobalt və nikelin tətbiqi.
j. VIIIB qrupunun elementləri. Platin metalları: platin metallarının kompleks birləşmələrinin əsas sinifləri. Platin birləşmələrinin oksid və halogenidləri. Platin metallarının tətbiqi.
- IB qrupunun elementləri. Qrupun ümumi icmalı. Oksid, hidroksid və halogenidləri. Qrupda elementlərin oksidləşmə dərəcələrinin davamlılığının dəyişməsi. Kompleks birləşmələr.
- IB qrupunun elementləri. IA və IB qrup elementlərinin kimyasının müqayisəsi. Mis, gümüş və qızılın tətbiqi.
- IIB qrupunun elementləri. Qrupun ümumi icmalı. Keçid və qeyri-keçid metallar arasında aralıq yarımqrup kimi sink yarımqrupunun xüsusiyyətləri. Oksid, hidroksid, halogenid və sulfidlər. Amalqamaları. +1 oksidləşmə dərəcəsinə malik civənin birləşmələrinin xüsusiyyətləri.
- IIB qrupunun elementləri. Sink, kadmium və civənin kompleksəmələgətirmə qabiliyyəti və onların komplekslərinin əsas növləri. IIA və IIB qrup elementlərinin kimyasının müqayisəsi. Sink, kadmium və civənin tətbiqi.
- f-elementlərinin ümumi icmalı.* Atomlarının elektron təbəqələrinin quruluş xüsusiyyətləri. Lantanoid və aktinoid sıxılması. Lantanoid və aktinoidlər arasında oxşarlıq və fərqlər. Lantanoid və aktinoidlər ailələrində daxili dövrililik.
- Lantanoidlər ailəsi. Metalların alınması, ayrılması və fiziki-kimyəvi xassələri. Elementlərin oksidləşmə dərəcələri və onların sıra üzrə dəyişmə qanunauyğunluqları.
- Lantanoidlər ailəsi. Kimyəvi birləşmələrin əsas sinifləri; alınması və xassələri. Lantanoidlərin kompleks birləşmələri.
- Lantanoidlər ailəsi. Serium və evropium kimyasının xüsusiyyətləri. III qrupun d- və f-elementlərinin müqayisəsi. Lantanoidlərin tətbiqi.
- Aktinoidlər ailəsi. Aktinoid nəzəriyyəsinin əsaslandırılması. Aktinoidlərin alınması üsulları və fiziki-kimyəvi xassələri. Aktinoidlərin ayrılmasının xüsusiyyətləri.
- Aktinoidlər ailəsi. Aktinoidlərin oksidləşmə dərəcələri və onların sıra üzrə dəyişməsinin qanunauyğunluqları. Aktinoidlərin kimyəvi birləşmələrinin əsas sinifləri; alınması və xassələri. Aktinoidlərin kompleks birləşmələri.
- Aktinoidlər ailəsi. Torium və urannın kimyasının xüsusiyyətləri. Aktinoidlərin 6-cı dövrün d-elementləri ilə müqayisəsi. Aktinidlərin və onların birləşmələrinin tətbiqi.
- Difraksiya tədqiqat metodları: rentgen faza və rentgen quruluş analizləri, neytronoqrafiya və elektronoqrafiya.
- Spektral tədqiqat metodları: görünən və ultrabənövşəyi (UV) sahədə elektron spektrlər. Rəqsi (titrəmə) spektroskopiyası – infraqırmızı (İQ) və kombinasion səpələnmə (Raman) spektroskopiyası.
- Spektral tədqiqat metodları: Elektron paramaqnit rezonans (EPR), nüvə maqnit rezonans (NMR), nüvə kvadrupol rezonans (NQR) spektroskopiyaları.
- Elektrik keçiriciliyi və maqnit nüfüzluğunun tədqiqi.
- Optik və elektron mikroskopiya. Termoqravimetriya və kütlə spektrometriyası.
- Rentgen və fotoelektron spektroskopiya, həmçinin oje-spektroskopiya və s. usullarla səthin tədqiqi.
ƏSAS ƏDƏBİYYAT
Azərbaycan dilində
1. Babanlı M.B., İlyaslı T.M., Sadıqov F.M., Yusibov Y.Ə. Fiziki-kimyəvi analizin əsasları. Bakı, “Azərbaycan”. 2015.
2. Tağıyev D.B., Məmmədov A.N.Tək atomdan supramolekulyar kimyaya. Bakı: Elm, 2015.
3. Əliyev Ö. M., Əliyev V.Ö., Bayramova C.T. Qeyri-üzvi kimya kursu. 3 c. 2010-2013.
4. Əhmədov E.L. Ümumi kimyadan mühazirələr. (Dərs vəsaiti). Bakı-2017
5. Əhmədov E.L. d-Elementlər kimyası. (Dərs vəsaiti). Bakı-2015.
6. Əhmədov E.L. Kompleks birləşmələr. (Dərs vəsaiti). Bakı-2014.
7. Əhmədov E.L. Molekulyar optiki spektroskopiya. (Dərs vəsaiti). Bakı-2000.
8. Quliyev A.C. Kompleks birləşmələr kimyası. Ali məktəblər üçün dərslik. «Elm və təhsil» nəşriyyatı. Bakı. 2010.
9. Quliyev A.C. Qeyri-üzvi kimyanın nəzəri əsasları. Ali məktəblər üçün dərslik «Elm və təhsil» nəşriyyatı. Bakı. 2014.
10. T.M.İlyaslı, J.M.Seyfullayeva. Qeyri-üzvi Kimya . Bakı 2009.
11. Qafarov Ş.Ə. Nüvə Maqnit Rezonansı. "Elm" nəşriyyatı Bakı - 1999 ( Dərs vəsaiti; kiril əlifbası ilə).
12. Əliyev Ə.B., Həsənov J.H., Sadıqzadə C.İ. Ümumi və qeyri-üzvi kimya. Bakı-1987.
Xarici dildə
1. Третьяков Ю.Д. Неорганическая химия. Химия элементов: учебник для вузов: в 2- х книгах. М.: Академкнига. 2013.
2. Ахметов Н.С. Общая и неорганическая химия. М.: Высш. шк., 2008. – 743 с.
3. Третьяков Ю.Д. Неорганическая химия элементов. Химия элементов: Учебник в 2- х томах / Ю.Д.Третьяков, Л.И.Мартыненко, А.Н.Григорьев, А.Ю.Цивадзе. – М.:
Изд-во МГУ; ИКЦ «Академкнига», 2007. – 537 с., 670 с.
4. Неорганическая химия: в 3-х томах / Под ред. Ю.Д.Третьякова. Т.1: Физико-химические основы неорганической химии / М.Е.Тамм, Ю.Д.Третьяков. – М.: Издательский центр « Академия», 2004. – 240 с.
5. Неорганическая химия: в 3-х томах / Под ред. Ю.Д.Третьякова. Т.2: Химия непереходных элементов / А.А.Дроздов, В.П.Золманов, Г.Н.Мазо, Ф.М. Спиридонов. – М.: Издательский центр «Академия», 2004. – 368 с.
6. Карапетьянц М.Х., Дракин С.И. Общая и неорганическая химия. М.: Химия, 2001.
7. Суворов А.В., Никольский А.Б. Общая химия. М.: Мир, 1997.
8. Степин Б.В. и др. Методы получения особо чистых неорганических веществ. Л.: Химия, 1989.
9. Хьюи Дж. Неорганическая химия: строение вещества и реакционная способность. М.: Химия, 1987.
10. Позин М.Е. и др. Физико-химические основы неорганической технологии. Л.: Химия, 1985.
11. Вассерман И.М., Химическое осаждение из растворов. Л.: Химия, 1980.
12. Коттон Ф. Основы неорганической химии / Ф.Коттон, Дж.Уилкинсон. - М.: Мир,1979. – 678 с.
13. Коттон Ф., Уилкинсон Дж. Современная неорганическая химия. Т. 1–3. М.: Мир, 1969.
1. Гиллеспи Р., Харгиттаи. И. Модель отталкивания электронных пар валентной оболочки и строение молекул / М.: Мир, 1992.- 296 с.
2. Джонсон Д. Термодинамические аспекты неорганической химии / М.: Мир, 1985.- 326 с.
3. Драго А. Физические методы в химии. Т. 1, 2 / М.: Мир, 1981.- 424 с., 456 с.
4. Кукушкин Ю.Н. Химия координационных соединений. М.: Высш. шк., 2001.
5. Некрасов Б.В. Основы общей химии: в 2-х томах / СПб.: Изд-во «Лань», 2003. – 656 с., 688 с.
6. Скопенко В.В., Цивадзе А.Ю., СавранскийЛ.И., Грановский А.Д. Координационная химия /– М.: Академкнига, 2007. – 487 с.
7. Артемова Э.К., Дмитриев Е.В. Основы общей и биоорганической химии / – М.: КНОРУС, 2011. – 248 с.
8. Киселев Ю.М., ДобрынинаН.А. Химия координационных соединений / – М.: Издательский центр«Академия», 2007. – 352 с.
9. Пиментел Дж., Кунрод Дж. Возможности химии сегодня и завтра. М.: Мир, 1992. 10. Угай Я.А. Общая и неорганическая химия. М.: Высш. шк., 2001.