Şöbə müdiri: akademik Ağadadaş Əliyev
Elmi istiqaməti: Müxtəlif sinif karbohidrogenlərin və onların törəmələrinin, zəhərli qazların selektiv və tam oksidləşməsi üçün heterogen kataliza-torların işlənib hazırlanması, katalizatorların səmərəsini yüksəltmək üçün fiziki amillərin təsirinin tədqiqi.
A.Əliyev 550 elmi əsərin, 50 patent və müəlliflik şəhadətnaməsi müəllifidir. Onun rəhbərliyi altında 7 qrant proyekti üzrə müvəfəqiyyətlə elmi-tədqiqat işləri aparılmışdır (NATO, Ukraynanın ETM, kral Əbdüləziz adına (Səudiyyə Ərəbistanı) elm və texnologiya mərkəzi, ARDNŞ-nın Elmin İnkişafı Fondu). Onun rəhbərliyi altında 4 kimya üzrə elmlər doktoru və 40 kimya üzrə fəlsəfə doktoru hazırlanmışdır. 1996-ci A.Əliyev elmi nailiyyətlərinə görə Azərbaycanın Ali Sovetinin Fəxri Fərmanı ilə təltif olunmuşdur.