Dek 20, 2019 | 15:40 / Mühüm hadisələr
Maqnit topoloji izolyatorları, dar zonalı yarımkeçirici material olub, özündə qeyri-trivial zona topoligiyasını və maqnit nizamlılığını birləşdirir. Adi topoloji izolyatorlardan fərqli olaraq, maqnit topoloji izolyatorlarında bəzi səth boşluqları ola bilər ki, bu da spintronikada istifadə üçün vacib olan kvant anomal Holl effekti və xiral Majorana fermionları kimi ekzotik fenomenlərin müşahidə olunmasını mümkün edir.
İndiyədək maqnit topoloji izolyatorları yalnız 3-d metallarla aşqarlanmış topoloji izolyatorlar əsasında yaradılırdı. Lakin bu yanaşma materialların olduqca qeyri-bərabər maqnit və elektron xüsusiyyətlərinə gətirib çıxarırdı ki, bu da çox aşağı temperaturlarda vacib effektlərin müşahidə edilməsini məhdudlaşdırırdı. Qeyd edilən problemin ideal həlli üçün stexiometrik nizamlılığa malik birləşmənin movcudluğu tələb olunurdu. Lakin belə material indiyədək alınmamışdı. Bu işdə müəlliflər laylı quruluşlu MnBi2Te4 birləşməsində antiferromaqnit topoloji izolyator xassələrini nəzəri olaraq proqnozlaşdırır və müxtəlif eksperimental metodlardan istifadə edərək onu təsdiqləyir.
M. M. Otrokov, I. I. Klimovskikh, H. Bentmann, D. Estyunin, A. Zeugner, Z. S. Aliev, S. Gaß, A. U. B. Wolter, A. V. Koroleva, A. M. Shikin, M. Blanco-Rey, M. Hoffmann, I. P. Rusinov, A. Yu. Vyazovskaya, S. V. Eremeev, Yu. M. Koroteev, V. M. Kuznetsov, F. Freyse, J. Sánchez-Barriga, I. R. Amiraslanov, M. B. Babanly, N. T. Mamedov, N. A. Abdullayev, V. N. Zverev, A. Alfonsov, V. Kataev, B. Büchner, E. F. Schwier, S. Kumar, A. Kimura, L. Petaccia, G. Di Santo, R. C. Vidal, S. Schatz, K. Kißner, M. Ünzelmann, C. H. Min, Simon Moser, T. R. F. Peixoto, F. Reinert, A. Ernst, P. M. Echenique, A. Isaeva & E. V. Chulkov.