
Avg 16, 2016 | 09:00 / Mühüm hadisələr
Azərbaycan Milli Elmlər Akademiyasının magistraturasının boş qalan plan yerlərinə qəbul olanlar 2016-cı il avqustun 16-dan avqustun 25-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) aşağıdakı sənədləri təqdim etməklə AMEA-da qeydiyyatdan keçməlidirlər:
- Azərbaycan Milli Elmlər Akademiyasının prezidentinin adına ərizə;
- Şəxsiyyət vəsiqəsinin əsli və surəti;
- Bakalavr diplomunun əsli və surəti (2016-cı ilin məzunları ali təhsil müəssəsini bitirmək haqqında arayış təqdim etməlidirlər);
- 3x4 sm ölçüdə yeni çəkilmiş 4 ədəd fotoşəkil.
Yuxarıda göstərilən müddətdə sənədləri təqdim etməyən və qeydiyyatdan keçməyənlər qəbul olunanların siyahısından xaric ediləcək.
Ünvan: Bakı şəh., H.Cavid pros. 115, AMEA-nın Əsas binası, otaq 138.
Tel: (+994 12) 539 20 68