Xəbərlər
AMEA rəhbərliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb
Apr 03, 2020 | 17:00 / Mühüm hadisələr
Oxunub 2874 dəfə

Ölkə ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevin 2020-ci il 19 mart tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianələr edirlər.

Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) AzEdu.az-a bildirilib ki, AMEA-nın prezidenti, birinci vitse-prezidentləri, vitse-prezidentləri, akademik-katibi və İşlər idarəsinin müdiri də bu nəcib təşəbbüsə qoşularaq bir aylıq əməkhaqlarının 50 faizini Fonda köçürüblər.

Qeyd edək ki, Koronavirusla Mübarizəyə Dəstək Fonduna toplanan vəsait xüsusi rejimli tibb müəssisələrinin formalaşmasına, maddi-texniki sahənin gücləndirilməsinə, eləcə də ölkəmizdə koronavirusla mübarizə sahəsində həyata keçirilən digər tədbirlərə yönəldiləcək.

JURNALLAR
Faydalı linklər