Xəbərlər
Azərbaycan alimi Türkiyədə koronavirusa qarşı vaksinin hazırlanması istiqamətində tədqiqatlar aparır
Apr 06, 2020 | 21:44 / Mühüm hadisələr
Oxunub 2741 dəfə

Türkiyə Səhiyyə Nazirliyinin Peyvənd Elmi Komitəsinin üzvü, Akdeniz Universitetinin professoru, Azərbaycan Milli Elmlər akademiyasının (AMEA) müxbir üzvü Tərlan Məmmədov yeni növ koronovirusa (COVID-19) qarşı vaksinin hazırlanması üzərində tədqiqatlar aparır.

Alim tütün növlərindən biri olan “Nicotiana Benthamiana” adlı yaşıl bitki hüceyrələrindən virus anticisimləri istehsal etmək üçün təxminən bir ay əvvəl fəaliyyətə başlayıb. Onun sözlərinə görə, hazırda tədqiqatlar laboratoriya şəraitində davam edir, müvafiq peyvənd genləri yarpaq hüceyrələrinə transfer edilir və bu hüceyrələrdən insanları ölümcül viruslardan, bakteriya və parazitlərdən qorumaq gücünə malik vaksinlər və anticisimlər istehsal edilir. Bu üsulla sarbon, quduz və malyariyaya qarşı peyvənd hazırladıqlarını vurğulayan alim COVID-19 virusu üçün də hüceyrə daxilində enzimatik deqlikozlaşma texnologiyasından istifadə olunacağını vurğulayıb.

Tərlan Məmmədov bildirib ki, artıq hədəf anticisimləri və zülallar təyin olunub. Təmizləmə prosesi aparıldıqdan sonra heyvanlar və insanlar üzərində ilk sınaqlar həyata keçiriləcək.

Tədqiqatların uğurla davam etdiyini bildirən T.Məmmədov işin Türkiyənin əlaqəli təşkilatlarının diqqət mərkəzində olduğunu qeyd edib.

azertag.az

JURNALLAR
Faydalı linklər