Xəbərlər
Foto
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda təhsil alan magistrantların dərsləri onlayn formada davam etdirilir.
May 01, 2020 | 14:00 / Konfranslar, iclaslar
Oxunub 4499 dəfə

Qeyd olunduğu kimi, koronavirus pandemiyası ilə əlaqədar Respublikada elan olunmuş karantin dövrünün tələblərinə uyğun olaraq Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda təhsil alan magistrantların dərsləri onlayn davam etdirilir. Bu gün “Kimyəvi kinetika və kataliz”, Qeyri-üzvi kimya”, “Kompozisiya materialları kimyası” və “Yüksəkmolekullu birləşmələr kimyası” ixtisaslarında təhsil alan I kurs magistrantlara tədris planlarında nəzərdə tutulan"Fotokimyəvi və zəncirvari reaksiyalar" fənnindən k.ü.f.d., dos. Lətifə Həsənova "Faza diaqramlarının termodinamiki analizi və 3D modeləşdirilməsi" fənnidən professor Asif Məmmədov, "Kompozit materiallar" fənnindən k.ü.f.d., dos.Ülviyyə Məmmədova və “Smart polimerlər” fənnindən k.ü.f.d. Samirə Məmmədova tərəfindən dərslər onlayn rejimdə tədris olunmuşdur.

Bununla yanaşı II kurs magistrantlar da  elmi-pedaqoji təcrübə rəhbərləri ilə birgə distant dərslərə qoşulmuşlar.

JURNALLAR
Faydalı linklər