Mərkəzi Elmi Kitabxananın əməkdaşlarına kitabxana idarəetmə sisteminə edilən dəyişikliklərlə bağlı təlim keçirilib
Avg 22, 2016 | 09:30 / Konfranslar, iclaslar
Avg 22, 2016 | 09:30 / Konfranslar, iclaslar
Oxunub
6098 dəfə
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının(MEK) əməkdaşlarına növbəti təlim keçirilib.
Kitabxananın informasiya texnologiyalarının hazırlanması və tətbiqi şöbəsinin proqramçılar bölməsinin rəhbəri Nərmin Xasaylı tərəfindən keçirilən təlimin məqsədi avtomatlaşdırılmış kitabxana idarəetmə sisteminin komplektləşdirmə və kataloqlaşdırma modullarında edilən yeniliklərin işçilərə çatdırılması olub.
Təlim zamanı kitabxananın elektron kataloqunun formalaşdırılması istiqamətində əhəmiyyətli tövsiyələr verilib, əməkdaşların təklif və iradları dinlənilib, mühüm qərarlar qəbul edilib.