Xəbərlər
Foto
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşları Ukraynada onlayn keçirilən Beynəlxalq Konfransda iştirak etmişlər.
İyn 17, 2020 | 17:00 / Konfranslar, iclaslar
Oxunub 4208 dəfə

1-5 iyun 2020-ci il tarixində Ukraynanın Kamenets-Podolski şəhərində “Üzvi və Qeyri-üzvi materiallarda elektron prosesləri” 12-ci Beynəlxalq Konfransı (ICEPOM-12) keçirilmişdir. Konfrans Taras Şevçenko adına Kiyev Daövlət Universiteti, Ukrayna Milli Elmlər Akademiyasının Fizika İnstitutu və İvan Oqienko adına Kamens- Podolskiy milli universitetinin təşkilatçılığı ilə baş tutmuşdur.Konfransın işində 22 elmi məruzə onlayn formada dinlənilmişdir.Azərbaycanlı alımlər də bu konfransa onlayın formada qoşulmuşlar.Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı və həmin institutun aparıcı elmi işçisi, k.ü.f.d. Samirə İmaməliyeva konfransa onlayn qoşularaq topoloji izolyatorlar və yarımkeçirici materialşünaslıq üzrə maraqlı məruzə ilə çıxış etmiş və sertifikata layiq görülmüşlər.

JURNALLAR
Faydalı linklər