Sen 02, 2020 | 13:04 / Maraqlı məlumatlar
Topoloji izolyatorların geniş tədqiqatına 2016-cı ildə “ maddələrin topoloji faza keçidlərinin və topoloji fazalarının nəzəri kəşflərinə görə “ alınan Nobel mükafatı səbəb oldu. İzolyatorun enerji səviyyələrinin quruluşu yarımkeçiricidən və ya keçiricidən onunla fərqlənir ki, onun bütün elektronları valent zonasında olduğu halda yarımkeçirici və ya keçiricilərdə, keçiricilik zonası doldurulmamış qalır. Maqnit sahəsində iki ölçülü materialların elektronları da həmçinin, Landay səviyyələri adlanan səviyyələrdə paylana bilirlər. Topoloji izolyatorlarda cərəyanın axdığı yerin ölçüsü izolyatorun özündən daha kiçik bir ölçüyə malikdir. Yəni , həcmli strukturlar üçün cərəyan onun səthi və ya kənarı boyunca axa bilər. İkiölçülü strukturlar üçün isə cərəyan bir xətt boyunca və ya bir nöqtədə lokallaşdırıla bilər . Cornell Universitetindən Gennadi Shvetsin rəhbərlik etdiyi bir qrup fizik qrafen əsasında fotonik kristal alaraq içərisində birölçülü və sıfırölçülü cərəyanlar olduğunu göstərdilər.
Aparılan tədqiqat işinin nəticəsi Advanced photonics jurnalında çap olunmuşdur









