Xəbərlər
Gənc alim və tədqiqatçıların 5-ci qrant müsabiqəsinə qeydiyyat davam edir
Sen 07, 2020 | 11:11 / Konfranslar, iclaslar
Oxunub 2744 dəfə

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən gənc alim və tədqiqatçıların 5-ci qrant müsabiqəsinə qeydiyyat davam edir.

Elmin İnkişafı Fondundan AZƏRTAC-a bildirilib ki, müsabiqə təbiət, dəqiq, texniki, humanitar və ictimai elmlər sahəsində dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən fundamental, tətbiqi və innovasiya xarakterli elmi-tədqiqat proqram və layihələrini, eləcə də digər elmi tədbirləri dəstəkləmək məqsədilə keçirilir. Eyni zamanda, aktual və müasir elmi problemlərin həlli ilə məşğul olan, elmi tədqiqatlarla əlaqəli digər qurumlarda (nazirliklərin nəzdindəki elmi-tədqiqat institutları, dövlət qurumları və s.) çalışan gənc alim və tədqiqatçıların elmi fəaliyyətini stimullaşdırmaq və onlara əlavə yaradıcılıq imkanı yaratmaq, bir elmi mövzunun (problemin müəyyən hissəsinin) tədqiqi məqsədilə yaradılan müvəqqəti yaradıcı kollektivləri dəstəkləmək nəzərdə tutulur.

Müsabiqə üzrə iştirakçıların qeydiyyatı və layihə təkliflərinin qəbulu sentyabrın 7-si saat 17:00-dək elektron qaydada “e-QRANT” - “Qrant layihələrinin Elektron İdarəolunması Sistemi” rəsmi internet səhifəsində (http://e-grant.sdf.gov.az/) aparılır.

“Qrant layihələrinin Elektron İdarəolunması Sistemi” elektron-hökumət prinsipləri əsasında qurulub və “ASAN İmza”dan istifadəni də nəzərdə tutur. “ASAN İmza”nı həm layihə rəhbəri, həm də layihədə iştirakı nəzərdə tutulan bütün iştirakçılar əldə etməli, bu şəxslərin hamısı qeydiyyatdan keçməli və virtual “şəxsi kabinet”lərini formalaşdırmalıdırlar.

Müsabiqəyə təqdim olunduğu gündən etibarən layihələrə baxılacaq və nəticələr barədə iştirakçılara elektron qaydada məlumat veriləcək.

JURNALLAR
Faydalı linklər