Mart 03, 2021 | 10:00 / Konfranslar, iclaslar
02.03.2021-ci il tarixində AAK-nın 02 noyabr 2020-ci il əmri ilə AMEA KQÜKİ nəzdində fəaliyyət göstərən ED 1.15 Dissertasiya şurasının bazasında 2308.01- “Elektrokimya” və 2303.01- “Qeyri-üzvi kimya” ixtisasları üzrə yaradılan BED 1.15 birdəfəlik müdafiə şurasının nəzdındə birdəfəlik elmi seminarın Zoom Meetings platformasında iclası keçirilmişdir. İclasda birdəfəlik elmi seminarın 14 üzvündən 12 üzvü (distant və əyani formada) və institutun bir sıra əməkdaşları iştirak etmişlər. Elmi seminarda AMEA akad. M. Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun doktorantı Cəfərova Samirə Fikrət qızının 2308.01- “Elektrokimya” və 2303.01- “Qeyri-üzvi kimya” ixtisaslarında kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “MoS2 yarimkeçirici nazik təbəqələrin elektrokimyəvi sintezi və xassələrinin tədqiqi” mövzusunda dissertasiya işininin müzakirəsi keçirilmişdir. Dissertasiya işinin təqdimatı və geniş müzakirəsindən sonra elmi seminarın üzvləri tərəfindən açıq səsvermə keçirilmişdir və dissertasiya işi əsas müdafiəyə tövsiyə edilmişdir.









