Okt 15, 2021 | 15:30 / Konfranslar, iclaslar
15 oktyabr 2021-ci il tarixində AMEA-nın akad. M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun doktorantı Oruclu Elnur Nəcəf oğlunun “SnTe-MnTe-Sb(Bi)2Te3 sistemlərində maqnit xassəli yeni topoloji izolyator fazalarının alınması, tədqiqi və multi 3D-modelləşdirilməsi” mövzusunda 2303.01 - “Qeyri-üzvi kimya” ixtisasında kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin ilkin müzakirəsi keçirildi.
Doktorantın elmi rəhbəri AMEA-nın müxbir üzvü Məhəmməd Babanlıdır.
Dissertasiya işinin təqdimatından və rəyçilər k.ü.f.d. Faiq Məmmədov və k.ü.f.d. dossent Samirə İmaməliyevanın çıxışlarından sonra iddiaçıya iştirakçılar tərəfindən verilən çoxsaylı suallar onun tərəfindən cavablandırılmışdır. Sonra doktorantın dissertasiya işinin elmi seminara təqdim edilməsi qərara alınmnışdır.









