Xəbərlər
Foto
Kataliz və Qeyri üzvi Kimya İnstitutunun dissertantı «Polimer matrisaları əsasında metal nanokompozitlərin alınması və tədqiqi» mövzusunda kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin ilkin müzakirəsi keçirilmişdir.
Noy 30, 2021 | 17:00 / Konfranslar, iclaslar
Oxunub 4059 dəfə

30 noyabr 2021-ci il tarixində saat 15:00-da AMEA nın M.Nağıyev adına Kataliz və Qeyri üzvi Kimya İnstitutunun dissertantı Hümbətova Səadət Faiq qızının 2304.01 – Makromolekullar kimyası ixtisası üzrə «Polimer matrisaları əsasında metal nanokompozitlərin alınması və tədqiqi» mövzusunda kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin ilkin müzakirəsi keçirilmişdir. Müzakirədə institutun bir neçə laboratoriyasının uyğun ixtisasçıları iştirak etmişlər.

Elmi rəhbər: k.e.d N.A. Zeynalov

Dissertasiya işinin təqdimatından və rəyçilər k.ü.f.d. R.Ə Əhmədova və k.ü.f.d. S.R.Qafarovanın çıxışlarından sonra iddiaçıya iştirakçılar tərəfindən verilən çoxsaylı suallar onun tərəfindən cavablandırılmışdır.

Sonda dissertant Hümbətova Səadət Faiq qızının dissertasiya işinin elmi seminara təqdim edilməsi qərara alınmnışdır.

JURNALLAR
Faydalı linklər