Dek 17, 2021 | 17:00 / Konfranslar, iclaslar
AMEA akad. M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Xüsusi karantin rejimi dövründə dissertasiya işlərinin müzakirələrinin təşkili və keçirilməsinə dair tələblərə uyğun olaraq əyani formada iclas keçirilmişdir. İclasda AMEA akad. M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun dissertantı İmaməliyeva Samirə Zakir qızının 2303.01- “Qeyri-üzvi kimya” ixtisasında kimya elmləri doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Talliumun nadir torpaq elementləri ilə telluridlərinin və onlar əsasında çoxkomponentli fazaların alınmasının fiziki-kimyəvi əsasları” mövzusunda dissertasiya işininin ilkin müzakirəsi keçirilmişdir.
Dissertantın elmi məsləhətçisi AMEA-nın müxbir üzvü Məhəmməd Babanlıdır.
Dissertasiya işinin təqdimatından və rəyçilər k.e.d. Nağı Yaqubov və k.e.d. Tamilla Maqsudovanın çıxışlarından sonra iddiaçıya iştirakçılar tərəfindən verilən çoxsaylı suallar onun tərəfindən cavablandırılmışdır. Geniş müzakirədən sonra dissertasiya işinin AMEA KQÜKİ nəzdində fəaliyyət göstərən ED1.15 Dissertasiya Şurasına təqdim edilməsi haqqında yekdilliklə qərar qəbul edilmişdir.









