Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda təhsil alan I və II kurs magistrantların qış imtahan sessiyası başlayıb.
Yan 06, 2022 | 15:45 / Konfranslar, iclaslar
Yan 06, 2022 | 15:45 / Konfranslar, iclaslar
Oxunub
3790 dəfə
AMEA-nın akad. M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda təhsil alan I və II kurs magistrantların qış imtahan sesiyası 05.01.2022-ci il tarixindən 31.01. 2022-ci il tarixədək keçiriləcək.
II kurs magistrantlar:
“Qeyri üzvi kimya” və “Fiziki kimya ”ixtisaslaşmaları üzrə müəllim akademik Əjdər Məcidovun rəhbərliyi ilə “Koordinasiya birləşmələri” fənnindən və “Yüksək molekullu birləşmələr kimyası” ixtisaslaşması üzrə müəllim k.ü.f.d.,dos. Ülviyyə Məmmədovanın rəhbərliyi ilə “Polimer nanogellər” fənnindən 06.01.2022-ci il tarixində imtahanlar keçirildi.
İmtahanlarda AMEA RH-nin Təhsil şöbəsinin magistratura sektorunun müdiri f.ü.f.d., Qafil Dəmirov da iştirak etmişdi.









