Yan 17, 2022 | 11:00 / Görüşlər
AMEA akad. M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşı “Kompozisiya örtük materialları və korroziyadan mühafizə” laboratoriyasının müdiri, k.f.d. dosent Hilal Tahirli ARB24 TV –də İş saatı” proqramında işğaldan azad olunmuş ərazilərdə olan su anbarlarındakı Hidrotexniki qurğuların metal avadanlıqlarının istismar şəraitində karroziya davamlılığının manitorinqinin aparılmasının vacibliyi haqqında ətraflı müsahibə vermişdir.
O bildirdi ki, bu Hidrotexniki qurğular Xalq Təsərüfatı üçün böyük əhəmiyyət kəsb etsə də, eyni zamanda onlar potensial böyük təhlükə mənbələridir. Bəzi təbiət hadisələrini (daşqınlar, zəlzələlər, yersürüşmələr, aşınmalar və s.) istisna etmək şərti ilə qalan fövqəladə hallar, texnogen səbəblər həmçinin, korroziya nəticəsində baş verə bilər.
İşğaldan azad olunmuş ərazilərdə bu manitorinqlər məlum səbəblərə görə uzun illərdir ki, aparılmamışdır. Məhs, buna görə də elmi texniki tədqiqatların bu ərazilərdə aparılması vacibdir. Bu məqsədlə yüksək elmtutumlu avadanlıqların, cihazların (sualtı robotların, ultrasəs qalınlıq ölçənlərin, ultrasəs defektoskopların və s.) əldə edilməsi zəruridir.
Sonda, Hilal Tahirli söylənilən tədqiqatların aparılmasının 2023-2025-ci illərə planlaşdırıldığını söyləmişdir.









