Xəbərlər
Foto
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Elmi Şurasının iclası keçirilmişdir.
Yan 24, 2022 | 19:00 / Konfranslar, iclaslar
Oxunub 2564 dəfə

24 yanvar 2022-ci il tarixində Kataliz və Qeyri – üzvi Kimya Institutunda Elmi Şuranın ilk iclası keçirilmişdir. İclasın gündəliyinə AMEA-nın müxbir üzvü Məhəmməd Babanlının 70 illik yubileyi haqqında, 2022-ci il üçün laboratoriya və şöbələrin elmi-tədqiqat işlərinin proqramlarının təsdiqi, doktorant və dissertantların attestasiyalarının nəticələri kimi məsələlər daxil idi. Həmçinin, gündəliyə institut əməkdaşlarının attestasiyasinin kecirilməsinə hazırlıq, İnstitutun Elmi Şurasının tərkibinin qismən dəyişilməsi, Ə.Məcidov və D.Tağıyevin “Fiziki metodların kimyada tətbiqi” adlı kitabın çapa təqdimatı, və s. kimi məsələlər də daxil edilmişdir.

İclası açıq elan edən AMEA-nın birinci vitse-prezidenti, İnstitutun baş direktoru, akademik Dilqəm Tağıyev bildirdi ki, yanvarın 22-də İnstitutun icraçı direktoru, AMEA-nın müxbir üzvü Məhəmməd Babanlının 70 yaşı tamam olmuşdur. Bu münasibətlə AMEA RH onu Fəxri Fərmanla təltif etmişdir. Akademik İnstitutun kollektivi adından yubliyarı bir daha təbrik edib, ona möhkəm cansağlığı və elmi fəaliyyətində uğurlar arzuladı.

Sonra doktorant və dissertantların attestasiyası haqqında AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı danışaraq bildirdi ki, ümumilikdə institutda 55 doktorant və dissertant təhsil alır və onların attestasiya zamanı verdikləri cavabları, cari ildə apardıqları elmi-tədqiqat işlərinin nəticələrini qənaətbəxş hesab etmək olar. Səslənən məsələ müzakirə olunduqdan sonra təstiq olundu.

Sonra akademik Dilqəm Tağıyev iştirakçıların nəzərinə 2022-ci il üçün laboratoriyaların elmi-tədqiqat işlərinin proqramları haqqında olan məlumatı çatdırdı və bir neçə tövsiyələrini verdi. Müzakirələrdən sonra proqramlar təsdiq olundu.

Daha sonra akademik Dilqəm Tağıyev institutda fevral ayında keçiriləcək attestasiya haqqında danışdı və attestasiya komisiyasına öz təklif və tövsiyələrini bildirdi. Akademik eyni zamanda laboratoriya müdirlərinin diqqətinə çatdırdı ki, hər bir işçi gigiyena qaydalarına ciddi şəkildə riayət etməli və 3-cü doza peyvənd olunmalıdır.

Sonra gündəlikdə duran digər məsələlər müzakirə edilərək müvafiq qərarlar qəbul edildi.

JURNALLAR
Faydalı linklər