Xəbərlər
Foto
AMEA akad. M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Dissertasiya şurasının Zoom Meetings platformasında iclası keçirilmişdir.
Fev 03, 2022 | 19:00 / Konfranslar, iclaslar
Oxunub 4136 dəfə

03.02.2022-ci il tarixində AMEA akad. M. Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda fəaliyyət göstərən ED 1.15 Dissertasiya şurasının Zoom Meetings platformasında iclası keçirilmişdir. İclasda müdafiə şurasının 14 üzvündən 12-si (distant və əyani formada) iştirak etmişdir. İclasda AMEA akad. M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun doktorantı Yusifova Nailə Vaqif qızının 2303.01 – "Qeyri-üzvi kimya" ixtisasında kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Daşkəsən yatağının kobalttərkibli filizindən kobaltın çıxarılması” və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin doktorantı Məmmədova Səlimə Hüseyn qızının 2316.01 – "Kimyəvi kinetika və kataliz" ixtisasında kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Tərkibində mis olan binar oksid katalizatorları üzərində etanolun dehidrogenləşməsi” mövzularında dissertasiya işlərinin təqdimatı keçirilmişdir. İddiaçılar dissertasiya işlərinin qısa məzmunu, onun aktuallığı, elmi yeniliyi , praktiki əhəmiyyəti haqqında məruzə ilə çıxış etdilər. Sonra dissertasiya işlərinə təyin edilmiş opponentlər: AMEA-nın akad. M.Nağıyev adına KQüKİ-nin, k.e.d., prof. İxtiyar Bəxtiyarlı; Bakı Dövlət Universitetinin prof. əvəzi, k.e.d. Nağı Yaqubov; Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin professoru., k.e.d. Minirə Ağahüseynova; AMEA-nın müxbir üzvü, k.e.d., prof. Eldar Zeynalov; Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin professoru., k.e.d. Sevinc Məmmədxanova və AMEA-nın akad. Y.Məmmədəliyev adına NKPİ-nin, dosenti, k.e.d. Sürəyya Ağayeva işlər haqqında geniş məlumat verdilər. Dissertasiya işinin avtoreferatına gələn rəylər haqqında iclas iştirakçılarına məlumat verildi. İddiaçılar Nailə Yusifovanın elmi rəhbəri k.e.d., prof. Arif Heydərov və Səlimə Məmmədovanın elmi rəhbəri k.e.d., prof. Vaqif Bağıyev iddiaçılar haqqında çıxış etdilər. Şura üzvlərinin geniş müzakirəsindən sonra gizli (elektron) səsvermə keçirildi və nəticə Şuranın sədri akademik Dilqəm Tağıyev tərəfindən elan edildi.

JURNALLAR
Faydalı linklər