Xəbərlər
Alimlər suyu və yağı necə qarışdıra biləcəyinizi söylədilər
Fev 07, 2022 | 10:33 / Maraqlı məlumatlar
Oxunub 2671 dəfə

Alimlər yağ və suyun bir-birinə qarışması mexanizmini müəyyən ediblər. Bu tədqiqat kimyəvi birləşmələrin digər rabitələrinə də aid edilə bilər. Alimlər qeyd ediblər ki, su yalnız müstəsna hallarda - məsələn, maye də kiçik damlalar şəklində səpələndikdə yağla qarışa bilər. Maddələrin bu qəribə davranışı öyrənilməmişdir və tədqiqatçılar bu prosesi  izah edə bilmirdilər.

Məsələn, yağ və su adi qaydada da qarışdırıldıqda bir-birindən ayrılır. Lakin ultrasəs şəklində kifayət qədər enerji axını olan vaxt bir mikrondan kiçik yağ damcıları su ilə qarışdırılıb, elektrik sahəsinə yerləşdirildikdə, damcılar müsbət elektroda doğru hərəkət edirlər. Beləliklə, neytral yağ və suyun qarışdırılması mənfi yüklü yağ damcılarının əmələ gəlməsinə səbəb olur.

Tədqiqatçılar bu hadisənən izahının neft və su damcıları arasındakı sərhəddə olduğunu müəyyən etdilər. Su molekulları hidrogen rabitəsi vasitəsilə qonşularından elektrik yükləri verməyə və almağa üstünlük verirlər. Lakin onlar damcı səthindəki yağ molekullarına yaxınlaşdıqda, artıq rabitə üçün kifayət qədər yaxında su tapa bilmirlər. Bunun əvəzinə su molekulları damcı səthindəki yağ molekullarına balanssız elektrik yükləri verir. Bu araşdırma göstərdi ki, su və yağın qarşılıqlı təsiri düzgün olmayan hidrogen əlaqəsi  vasitəsilə baş verir. 

Bu mexanizmi açmaq üçün alimlər ultra sürətli optik texnikadan istifadə ediblər.

https://www.nanonewsnet.ru/news/2021/uchenye-rasskazali-kak-mozhno-smeshat-vodu-maslo

JURNALLAR
Faydalı linklər