Xəbərlər
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşlarının məqaləsi nüfuzlu jurnalda çap olunub.
Fev 28, 2022 | 10:56 / Nəşrlər
Oxunub 2541 dəfə

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşları A.Ə.Heydərov və L.T.Tağıyevanın “Web of Science” və “Scopus” beynəlxalq bazalarına daxil olan “Russian Journal of Inorganic Chemistry” jurnalında «Separation of aluminum from gallium and vanadium in a sulfate medium by partial neutralization» adlı məqaləsi dərc olunmuşdur.

Məqalədə alunitin emal məhlullarından qallium və vanadiumun alüminiumdan ayrılıb qatılaşdırılmasının nəticələri verilir. Sulfatlaşmış şlamın suda həllolmasından alınan sulfatlı məhlullardan qallium və vanadiumun çıxarılması və qatılaşdırılması fosforüzvi ekstragent olan di (2-etil heksil) fosfat turşusu (D2EHF) ilə aparılmışdır. Ga, V və Al-un üzvi:su fazada paylanma əmsalı məhlulun pH, ekstragent və metal ionunun qatılığından asılılığı öyrənilmişdir. pH-ın tarazlıq qiymətinin aşağı həddi (pH=1.4-1.8) Ga və V-un aluminiumdan ayrılmasına şərait yaradır. Alüminiumun maksimal ekstraksiyası (82%) məhlulun tarazlıq pH-ı 4 olduqda baş verir. Paylanma və ayrılma əmsallarının müqayisəsi göstərmişdir ki, qallium alüminiumdan 308.9 dəfə, vanadium isə alüminiumdan 43.96 dəfə çox ayrılır. Sonda reaksiyaların mexanizmi haqqında məlumat verilir.

Separation of aluminum from gallium and vanadium in a sulfate medium by partial neutralization Russian Journal of Inorganic Chemistry, 2022, Vol. 67, No. 2, pp. 183–187 DOI: 10.1134/S0036023622020176

JURNALLAR
Faydalı linklər