Xəbərlər
Kimyaçılar 12 çarpazlı tsiklik molekulyar düyün əldə ediblər.
Apr 19, 2022 | 11:00 / Maraqlı məlumatlar
Oxunub 2166 dəfə

Böyük Britaniya, Çin və ABŞ-dan olan kimyaçılar lantanid ionları üzərində şablon sintezindən istifadə edərək 6 və 12 çarpaz işarəli tsiklik molekulyar düyünləri sintez etməyə nail  oldular. Düyünlər lantanid duzunun və üzvi liqandın miqdarının düzgün seçilmiş nisbəti sayəsində uğurla əldə edilmişdir.

Molekulyar düyünlər elə toxunmuş üzvi fraqmentlərin zəncirləridir ki, kimyəvi əlaqəni  pozmadan onları açmaq mümkün deyil. Bu cür strukturlar ən çox şablon(templant) sintezdən istifadə edərək əldə edilir: üzvi molekullar bir metal ionu ilə əlaqələndirilir və bir-birinə nisbətən əlverişli yerləşdiyinə görə bir düyün formasında burulur.Sonra bu düyünün ayrı-ayrı fraqmentlərini  kovalent rabitə ilə əlaqələndirirlər ki,o açıla bilməsin.

Molekulyar düyünlərin  şablon sintezinə bir neçə yanaşma var. Ən sadə və ən klassik yanaşma metal ionunu və liqandı elə seçməkdir ki, hər bir iona bir və ya bir neçə substrat molekulu birləşsin. Onda koordinasiyadan sonra metal ilə əlaqənin sayı iondakı sərbəst koordinasiya sahələrinin ilkin sayına bərabər olacaqdır.

Aparılmış tədqiqat işi məqalə şəklində Science jurnalında dərc olunmuşdur.

https://www.nanonewsnet.ru/news/2022/khimiki-poluchili-tsiklicheskii-molekulyarnyi-uzel-s-12-perekrestyami

JURNALLAR
Faydalı linklər