Apr 25, 2022 | 11:06 / Konfranslar, iclaslar
AMEA akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda “Xüsusi karantin rejimi dövründə dissertasiya işlərinin müzakirələrinin təşkili və keçirilməsi”nə dair tələblərə uyğun olaraq əyani formada iclas keçirilmişdir. İclasda AMEA akad. M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun sabiq doktorantı İbrahimova Kəmalə Fərhad qızının 2307.01 – “Fiziki kimya” ixtisasında kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Reniumun üçlü ərintilərinin nazik təbəqələrinin elektrokimyəvi üsulla alınması” mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçirilmişdir. İlk öncə dissertasiya haqqında iddiaçı geniş məlumat verdi. Sonra dissertasiya işi haqqında təyin olunmuş rəyçilər k.ü.e.d., dos. Fəxrəddin Mahmudov və k.ü.f.d., b.e.i. Kəmalə Hacıyeva öz fikirlərini bildirdilər. İddiaçıya iştirakçılar tərəfindən verilən çoxsaylı suallar onun tərəfindən cavablandırıldı və geniş müzakirədən sonra dissertasiya işinin ED 2.16 Dissertasiya Şurasının nəzdində fəaliyyət göstərən Elmi Seminara təqdim edilməsi haqqında yekdilliklə qərar qəbul edildi.









