May 27, 2022 | 14:00 / Təhsil
27.05.2022-ci il tarixində İnstitutun AKT zalında “Qeyri-üzvi kimya”, “Kimyəvi kinetika və kataliz”, “Fiziki-kimya”, “Yüksəkmolekullu birləşmələr kimyası” ixtisaslaşmaları üzrə İnstitutda təhsil alan II kurs magistrantlar tərəfindən yerinə yetirilmiş dissertasiya işlərinin ilkin müzakirəsi “Qeyri-üzvi funksional materiallar”, “Mineral xammalın kompleks emalı”, “Nano- və elektrokataliz”, “Kohorent sinxronlaşdırılmış oksidləşmə reaksiyaları” və “Oksidləşdirici heterogen kataliz” şöbələrinin iştirakı ilə keçirildi.
“Qeyri-üzvi kimya” ixtisaslaşması üzrə
Ağayeva Aytən Əliağa qızı k.ü.f.d.,dos. Samirə İmaməliyevanın rəhbərliyi ilə “Sn-Sb-Te sistemində topoloji izolyator xassəli fazaların EHQ üsulu ilə termodinamik tədqiqi” mövzusu üzrə;
Həsənova Vüsalə Ağamusa qızı k.e.d.,prof. İxtiyar Bəxtiyarlının rəhbərliyi ilə “Tərkibində maqnit ionu saxlayan Ag və ln sulfidləri əsasında yeni fotohəssas kompozitlərin sintezi və xassələri” mövzusu üzrə;
“Kimyəvi kinetika və kataliz” ixtisaslaşması üzrə
Əliyeva Nəzakət Adil qızı AMEA-nın müxbir üzvü Eldar Zeynalovun rəhbərliyi ilə “Yod tərkibli, cox divarlı karbon nanoboruları saxlayan poliolefin kompozisiyaların termooksidləşdirici destruksiyasının və stabilləşdirilməsinin kinetikası” mövzusu üzrə;
Quliyeva Atiə Xaliq qızı k.ü.f.d.,dos.Sima Zülfüqarovanın rəhbərliyi ilə “Co, Cu, Mn oksid katalizatorlarının zol-gel-yanma metodu ilə alınması və karbon monooksidin oksidləşmə reaksiyasında tədqiqi” mövzusu üzrə;
“Fiziki-kimya” ixtisaslaşması üzrə
Mustafayeva Afət Nəbi qızı k.e.d.,prof. Asif Məmmədovun rəhbərliyi ilə “Termodinamikistabillik funksiyasının asimmetrik variantının (Cu,Sn,Pb)-Se(S) sistemlərində tətbiqi” mövzusu üzrə;
Zeynalova Aygün Oruc qızı k.e.d.,prof. Akif Əliyevin rəhbərliyi ilə “Fe-Se yarımkeçirici nazik təbəqələrinin sintezi və fotoelektrokimyəvi xassələrinin tədqiqi” mövzusu üzrə;
“Yüksəkmolekullu birləşmələr kimyası” ixtisaslaşması üzrə
Rəcəbli Aytac Rahib qızı k.ü.f.d., Samirə Məmmədovanın rəhbərliyi ilə “Mis ionunun selektiv sorbsiyası üçün xitozan əsasında sorbentlərin alınması və tədqiqi” mövzusu üzrə;









